Narko-baron El Çapo Quzman ömürlük həbsə məhkum edilə bilər

Narko-baron El Çapo Quzman ömürlük həbsə məhkum edilə bilər
Загрузка...
Nyu-Yorkda münsiflər məhkəmsi meksikalı narko-baron Coaquin El Çapo Quzmanın müqəddəratını müəyyən edir. Üç ay şahid ifadələri dinlənildikdən sonra hakimlər Quzmanın təqsirli və ya təqsirsiz olduğunu müəyyən etmək üçün prokurorların çox sayda dəlillərini nəzərdən keçirir.
Prokurorlar Quzmanı 20 ildən çox müddət ərzində ABŞ-a tonlarla kokain, heroin və digər narkotik maddələr gətirməkdə təqsirləndirir. Təqsirli bilinərsə, Quzman ömürlük həbsə məhkum edilə bilər.
Quzmanın vəkilləri deyib ki, Quzman sadəcə günah keçisidir və narkotik qaçaqmalçılığı əməliyyatlarının əsl lideri Sinaqol kartelinin yaradıcılarından biri İsmael "El Mayo” Zambadadır.
Загрузка...
Загрузка...

Xəbər lenti