Azərbaycanda ailə faciəsi - Özünü öldürdü, arvadını güllələdi

Azərbaycanda ailə faciəsi - Özünü öldürdü, arvadını güllələdi
Загрузка...

Zaqatala sakini1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov tüfənglə yoldaşı-1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimovanı yaraladıqdan sonra özünə bıçaqla xəsarət yetirib. Criminal.az APA-ya istinadən xəbər verir ki, Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan tüfənglə güllə xəsarətləri alıb. 

 Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən xəbərə görə, noyabrın 28-i gecə saat 23:30 radələrində xəstəxanaya gətirilən rayonun Bəhmənli kənd sakini Nəsimi Nəzir oğlu İbrahimov həkimlərin səylərinə baxmayaraq səhər 06.30 radələrində özünə yetirdiyi bıçaq xəsarətlərindən reanimasiya şöbəsində keçinib. Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır.

Criminal.az

Xəbər lenti