Bakıda oğrular yatmış gözətçini oyatmadan ''işlərini'' gördü - FOTO

Bakıda oğrular yatmış gözətçini oyatmadan ''işlərini'' gördü - FOTO
Загрузка...

Bakıda bir gecədə obyektlər qarət olunub. Criminal.az xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ''Uğur-2'' yaşayış kompleksində yerləşən gözəllik salonu və kafeyə oğrular girib. Naməlum şəxslər gözəlik salonunun qapısını sındıraraq içəridən 800 manat pulu götürüb. Bundan başqa həmin salona bitişik olan kafedən 230 manat pul və iki mobil telefon oğurlayıb. 

Maraqlısı odur ki, oğrular kafeyə girərəkən gözətçi içəridə yatmış vəziyətdə olub. Oğurluq anı kompleksin müşahidə kameralarına düşüb. Cinayəti törədənlərin iki cavan oğlan olduğu kamera görüntülərindən məlum olub. Hazırda polis əməkdaşları həmin görüntülər əsasında axtarışa başlayıb. 

Xatırladaq ki, bir neçə gün əvvəl həmin kompleksdə daha 4 mağaza qarət olunmuşdu və cinayəti törətməkdə şübhəli bilinən iki nəfər Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsi tərəfindən saxlanılıb. 

Criminal.az

   Bakıda

Xəbər lenti