Namus üstündə kütləvi dava - 40 nəfər yaralandı Namus üstündə kütləvi dava - 40 nəfər yaralandı

Namus üstündə kütləvi dava - 40 nəfər yaralandı
Загрузка...
Qazaxıstanın Tenqiz qəsəbəsində "Tenqizşevroyl” tikinti şirkətinin yerli və xarici işçiləri arasında baş vermiş kütləvi davada 40 nəfər xəsarət alıb. "Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir. Yaralı şəxslərə hadisə yerindəcə tibbi yardım göstərilib. Hazırda şirkətdə işlər dayandırılıb.
Qeyd olunur ki, davaya şirkətdə işləyən Liviya vətəndaşı Əli Daudun öz vatsap profilində qazax qızın alçaldıcı fotosunu paylaşması səbəb olub. Davanın səbəbkarı olan liviyalı üzrxahlıq etsə də artıq gec olub. Şəkil sosial şəbəkədə yayıldıqdan sonra yerli sakinlər xarici vətəndaşların yaşadığı qəsəbəyə axın edərək onları döyüblər. Hadisədən sonra bütün əcnəbilər ərazidən təxliyyə ediliblər.
Faktla bağlı cinayət işi açılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti