“Mövlam Şıxəliyev dedi ki, bu siyahını görürsən? Eldar Mahmudovun siyahısıdır, burada adı olanlar 1 milyon dollar pul verməlidir”

15 Fevral 2022, 23:58
15 Fevral
2022
23:58
880
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi(MTN) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə proses davam edir. Criminal.az xəbər verir ki, iş üzrə Baş Prokurorluğun İstintaq İdarəsində 5 ilə yaxın istintaq aparılıb, 32 zərərçəkən müəyyən olunub, dünyasını dəyişən 4 zərərçəkənin hüquqi varisi müəyyən olunaraq tanınıb.
İstintaq zamanı 36 zərərçəkənə 20 milyon manatdan artıq ziyan vurulduğu təsbit olunub. 4 təqsirləndirilən şəxsdən ikisinin – Mövlam Şıxəliyevlə Yasin Məmmədovun əmlaklarının müsadirə üçün üzərilərinə həbs qoyulub. İstintaqın digər 2 təqsirləndirilən şəxsin əmlaklarının üzərinə həbs qoymamasının səbəbi bilinmir. Mövlam Şıxəliyevin ümumi dəyəri 7 milyon 738 min 170 manatlıq, Yasin Məmmədovun isə 278 min 600 manatlıq əmlakları xüsusi müsadirəyə təklif olunub. Bu o deməkdir ki, zərərçəkənlərə dəyən ziyanın 12 milyonluq hissəsinin hansı mənbədən ödənəcəyi aydın deyil. Bu baxımdan zərərçəkənlərin təqsirləndirilən şəxslərin əmlaklarının tam olaraq müəyyənləşdirilməsi tələbləri haqlı görünür. Onlar xüsusilə Mövlam Şıxəliyevin əmlaklarının müəyyən olunmasına çalışır, müstəqil şəkildə araşdırma aparırlar.
Cinayət işi üzrə proses ötən ilin oktyabrında başlanıb. Açıq keçirilən məhkəmə prosesinə ötən müddət ərzində jurnalistlər buraxılmır.
Fevralın 15-də baş tutan prosesdən əvvəl jurnalistlər bu məsələ ilə bağlı Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənova müraciət ediblər.
İş üzrə hakim Elbəy Allahverdiyevin açıq məhkəmə prosesini faktiki olaraq qapalı keçirməsinin səbəbini Həbib Həsənov da açıqlaya bilməyib. Deyib ki, jurnalistlərin məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı hakim qərar verə bilər.
Əməkdaşlarının açıq məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı "Yeni Müsavat” qəzetinin, "Teleqraf.com”, "Qaynar.info”, "Haqqin.az” saytlarının baş redaktorları Həbib Həsənova və Elbəy Allahevrdiyevə də rəsmi müraciət ünvanlayıblar.
Həbib Həsənov müraciətə baxılacağını bildirib.
Prosesdə iş üzrə zərərçəkənlərdən bir neçəsinin vəkili olan Osman Kazımov da jurnalistlərin məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı vəsatət verib. Hakim Elbəy Allahverdiyev heş bir əsaslandırma aparmadan vəsatəti müzakirəyə çıxarmayıb.
Bundan sonra zərərçəkənlərdən Namil Rzayev sərbəst ifadə verib.
Namil Rzayev deyib ki, onun "Texnikabank”da əmanəti olub. Mövlam Şıxəliyevin rəhbərliyi altında "Texnikabank”da araşdırmalar başlandıqda Vüsal Ələkbərov onu MTN-in İstintaq İdarəsinə çağırıb:
"Mən Mövlam Şıxəliyevi Qaradağ rayonundan tanıyıram. Xalam oğlu Qaradağ polisində çalışırdı. Uzun illər əvvəl onun vasitəsi ilə Mövlam Şıxəliyevlə tanış olmuşdum. Mənim şəhərdə ofisim vardı. Həmin ofisin yanındakı binada Mövlam Şıxəliyev yaşayırdı. Orada da ara-sıra onu görürdüm. Günlərin birində Vüsal Ələkbərov məni MTN-ə çağırdı. MTN-ə girən kimi də dedi ki, sizi "Texnikabank” işi ilə bağlı cəlb etmək istəyirik, həbs edəcəyəm. 1 milyon pul tələb etdi. Vüsal Ələkbərova dedim ki, Mövlam Şıxəliyevlə tanışlığım var, get ona de ki, onunla görüşmək istəyirəm.

Vüsal Ələkbərov
Vüsal Ələkbərov Mövlam Şıxəliyevin otağına getdi, az sonra qayıdıb gəldi. Dedi ki, Mövlam Şıxəliyev gözləyir. Məni onun kabinetinə apardı. Mövlam Şıxəliyev məni çox yaxşı qarşıladı, xeyli söhbət elədi. İş masasında bir siyahı vardı, əlinə götürüb dedi ki, bu siyahını görürsən? Bu, Eldar Mahmudovun siyahısıdır, sənin də adın bu siyahıda var. Şefin siyahısında olanlar 1 milyon dollar pul verməlidir. Mövlam Şıxəliyevdən soruşdum ki, mənim cinayətim nədir? Nə etmişəm ki, 1 milyon dollar pul tələb edirsiz? Dedi ki, siz "Texnikabank”a pul qoymusuz, 1 faiz yazdırıb, 2-3 faiz almısız. Mən də dedim ki, yalandır, məndə müqavilə var, müqavilədə də yazılıb ki, mən 1 faiz pul almışam. Mövlam Şıxəliyev dedi ki, pulu verməsən, tutulacaqsan. Adın Eldar Mahmudovun siyahısındadır. Dedim ki, mənim o qədər pulum yoxdur ki, verim. Mövlam Şıxəliyev də dedi ki, gedirəm Eldar Mahmudovun yanına, görüm o nə deyir. Eldar Mahmudovun yanına getdi, az sonra qayıdıb gəldi. Dedi ki, 700 min dollar verəcəksən, bundan aşağı qiymət olmayacaq, 700 mini verəcəksən, barəndə cinayət işi başlanmayacaq”.

Mövlam Şıxəliyev
Zərərçəkən deyib ki, bundan sonra ona fikirləşmək üçün vaxt veriblər: "Növbəti dəfə Mövlam Şıxəliyevlə mənim ofisimdə görüşdük. Özü gəlmişdi, dedi ki, şeflə danışmışam, 500 min dollar verəcəksən, bundan aşağı qiymət olmayacaq. Həmin vaxt tanışlarım Nizami Kazımovu, Hüseyn Səfərovu da "Texnibank”a əmanət qoyduqlarına görə tam qanunsuz olaraq həbs etmişdilər. Ona görə də qorxdum, düşündüm ki, həbs ediləcəyəm, qohum-qardaş 1 milyonu yığıb verəcək. Məcbur olub Mövlam Şıxəliyevin tələbi ilə razılaşdım. Görürdüm ki, tələb etdikləri pulu verməyənləri həbs edirlər. "Funikulyor”un yanında mənzilim vardı, məcbur olub həmin evi satdım. Vüsalla əlaqə saxladım. Dedim ki, pul hazırdır. Dedi ki, "28 May”da mağaza var, get oradan dəri çanta al. Vüsal dəri çantanın 250 dollara olduğunu dedi. Gedib çantanı aldım.
Vüsal zəng elədi ki, aldığın çantanın içinə göy-göyərtini yığ, gətir. Mən də elə başa düşdüm ki, pulu çantaya qoyandan sonra üstünə göyərtini ona görə yığdırır ki, kənardan baxan çantada göy-göyərti olduğunu zənn etsin.
Belə də eləmişdim, 300 min pulu çantaya qoydum, üstünə də göyərti yığıb aparıb ona verdim. O zaman Vüsal pulu alanda güldü, dedi ki, göy-göyərti deyəndə dollar nəzərdə tutub. Yerdə qalan 200 min dolları da şəxsən Mövlam Şıxəliyevə verdim”.
Zərərçəkən Namil Rzayev sərbəst ifadəsindən sonra dövlət ittihamçısının suallarını cavablandırdı.
Dedi ki, Mövlam Şıxəliyevlə uzun illər əvvəldən tanış olub: "Onun xeyir işində də, şər işində də iştirak etmişdim. Vüsal məni MTN-ə çağıranda dedi ki, səni həbs edəcəyəm. Vüsal Ələkbərovun otağında, iş masasının üstündə Mövlam Şıxəliyevin çərçivəyə salınmış fotosunu gördüm. Soruşdum ki, bu kimdir? Dedi ki, rəisimizdir. Ona dedim ki, get rəisinə de ki, Namil Rzayev gəlib. O da getdi dedi və məni apardı Mövlam Şıxəliyevn yanına. Mövlam Şıxəliyev də ədəb-ərkanla mənimlə görüşdü, çay içdik. Sonra da Eldar Mahmudovun siyahısını göstərdi, dedi ki, adın buradadır, 1 milyon verməlisən. Verməsən, həbsə gedəcəksən”.
Dövlət ittihamçısı pulu 2 hissədə verməsinin səbəbini soruşub.
Namil Rzayev deyib ki, pulu iki hissəyə ayrıb verməsini ona Mövlam Şıxəliyev tapşırıb: "Mövlam Şıxəliyev mənə demişdi ki, 300 min manatı Vüsal Ələkbərova ver. Qalan pulu – 200 min dolları isə mənə verərsən. Amma bunu kimsə bilməsin. Bunun müqabilində Mövlam Şıxəliyev öz adına bir məktub yazdırmışdı. Həmin məktubumda mən Mövlam Şıxəliyevdən xahiş edirdim ki, "Texnikabank”a qoyduğum əmanətimin mənə qaytarılmasına köməklik göstərsin. Həmin məktubun surəti məndə var və məhkəməyə də təqdim edirəm. Lakin Mövlam Şıxəliyev məni aldatdı, "Texnikabank”dakı əmanətimi qaytarmadı. Ona görə də mən pulun 300 min dollarını Vüsala, 200 min dollarını Mövlam Şıxəliyevin özünə vermişəm”.
Dövlət ittihamçısının dəqiqləşdirici sualı Mövlam Şıxəliyevin Namil Rzayevdən aldığı 200 min dollarla bağlı oldu. Dövlət ittihamşçısı "Mövlam Şıxəliyev kimsə bilməsin deyəndə kimi nəzərdə tuturdu” sualına zərərçəkən "Mövlam Şıxəliyev Eldar Mahmudovdan bu məsələni gizlədilməsini istəyirdi. Belə başa düşdüm ki, həmin 200 min dolları Mövlam Şıxəliyev Eldar Mahmudovdan xəbərsiz özünə götürdü”.
Bundan sonra zərərçəkən Namil Rzayevdən mütəşəkkil cinayətkar quldur dəstə şəkilində, hədə-qorxu ilə pul alınması epizodu üzrə şahid Hüseyn Mustafayev sərbəst ifadə verdi. Bildirdi ki, Namil Rzayev yaxın qohumudur:
"Mövlam Şıxəliyevgil Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər. Namili hədələyib ondan pul tələb edirdilər. O da məcbur olub pulu yığmaq üçün evini satdı. Həmin günlərdə mənim Namillə şərikli biznesim vardı. Namilin "Funikulyor”un yanındakı evini o zaman "Gilan Holdinq”ə satdıq”.
Bu yerdə zərərçəkən mənzilin alqı-satqı müqaviləsini də məhkəməyə təqdim etdi.
Şahid ifadəsində bildirdi ki, yığılan pulun 300 min dollarının Vüsal Ələkbərova, 200 min dollarının isə Mövlam Şıxəliyevə verilməsində iştirak edib:
"Vüsal dəri çanta aldırdı, pulu içinə yığdıq, üstünə də göyərti yığıb aparıb ona vedik. 200 min dolları da Namil Mövlam Şıxəliyevə əlbəəl verdi. Həmin vaxt Mövlam Şıxəliyev idman geyimində idi. Namil Mövlam Şıxəliyevlə ofislə onun evinin arasında, binanın qarşısında görüşdü, pulu bağlamada ona verdi”.
Şahid deyib ki, həmin pulu alarkən Mövlam Şıxəliyev Namil Rzayevə "Texnikabank”dakı əmanətinin ona qaytarılacağına söz verib: "Namil sonra dedi ki, Mövlam Şıxəliyev onu aldadıb, 200 min dolları alsa da, bank hesabındakı pulları ona qaytarmayıb. Bu söhbətdən sonra bir dəfə Namil Rzayev Mövlam Şıxəliyevlə rastlaşıb, ondan "Texnikabank”dakı əmanətinin nə vaxt geri qaytarılacağını soruşub. Mövlam Şıxəliyev konkret bir söz demədi”.
Dövlət ittihamçısı zərərçəkənin və şahidin ifadəsi ilə bağlı Vüsal ələkbərovun mövqeyini xəbər aldı. Vüsal Ələkbərov ifadə verməkdən imtina elədi.
Eyni təkliflə dövlət ittihamçısı Mövlam Şıxəliyevə də müraciət etdi. Mövlam Şıxəliyev isə bildirdi ki, o, istintaqa nəzarət edən prosessual şəxs olmayıb:
"Mən ancaq təşkilatçı idim. Müstəntiqlər kimi istəsəydilər çağırıb dindirə bilərdilər. Namil Rzayevin çağırılmasından da məlumatsız olmuşam. Onunla kabinetimdə görüşməmişəm. İstintaqa nəzarət baş prokurorun 1-ci müavinində idi. Mən kim olmuşam ki? Kimin tutulması, kimin də buraxılması barədə məlumatlı olsam da, tutulub buraxılma ilə bağlı göstəriş verməmişəm. Namil Rzayevdən 200 min dollar alınması ilə bağlı deyilənlər də yalandır”.
Zərərçəkənlərdən Zaur Əliyev Mövlam Şıxəliyevə bir neçə sual verdi.
Dostluq münasibətində olduğu Namil Rzayevin və onun qohumu Hüseyn Mustafayevin niyə görə onun əleyhinə ifadə vermələrinin səbəbi ilə maraqlandı. Mövlam Şıxəliyev zərərçəkən Zaur Əliyevin sualına əsəbi reaksiya verdi: "Mən sənin sualına cavab vermirəm. Ümumiyyətlə ifadə verməkdən imtina edirəm!”
Bundan sonra zərərçəkən Əfsəl Həsənəliyev ötən prosesdən yarımçıq qalan sərbəst ifadəsini davam etdirdi.
"2013-cü ildən bu yana Prezident Adminstrasiyasına, baş prokuror Zakir Qaralova dəfələrlə ərizə ilə müraciət etmişəm. Zakir Qaralovun qəbulunda olmuşam. Zakir Qaralov bu dəstənin cinayətlərini ört-basdır edirdi. Az qala məni həbs etdirirdi. Birbaşa mənim yanımdan göstəriş verdi ki, mənimlə bağlı şahidlərin ifadələrini təkzib etsinlər. Prokurorluqda Zakir Qaralov, Prezident Adminstarasiyasında isə Fuad Ələsgərov bunlaırn cinayətlərini ört-basdır edirdilər. Onlar...”.
Bu yerdə hakim zərərçəkəni dayandırıb dedi ki, proses fevralın 22-nə qədər təxirə salınır.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
-
Manşet, Məhkəmə
MTN-də Prezident Adminstarsiyasının məsul işçisindən 10 milyon dollar rüşvət alınıb – işdə Ziyad Səmədzadənin adı hallanır!!!
-
Manşet, Məhkəmə
“Sanki mən Tofiq Yaqublu olduğumu sübut etməliyəm”