Müxalifət qüvvələri mitinq keçirdi Müxalifət qüvvələri mitinq keçirdi

Müxalifət qüvvələri mitinq keçirdi
Загрузка...

Mitinq iştirakçıları meydana toplaşmaqdadırlar. Onlar əllərində " Bu vətən bizimdir”, " Siyasi məhbuslara azadlıq”, " Mehman Hüseynova azadlıq”, " Biz qalib gələcəyik” və başqa şüarlar yazılmış plakatlar tutublar. Aksiya iştirakçıları tez-tez " Azadlıq ", " Mehman Hüseynova” azadlıq şüarları səsləndirirlər.

Həmin ərazidə internettdə problem olduğu deyilir. Bundan əvvəl də, müxalifətin mitinqləri zamanı internetlə bağlı oxşar problem yaranıb.

Müxalifət qüvvələri bunun bilərəkdən yaradıldığını deyirlər. Onların fikirincə, belədə aksiyalardan canlı yayım etmək imkanı aradan qalxır.

Amma hökumət nümayəndələri indiyə qədər bu məsələ ilə bağlı şikayətlərə rəy verməyiblər.

***

Milli Şuranın yanvarın 19-da təyin etdiyi mitinqə başlayıb.

Bakı meriyasının razılığını alan Milli Şura mitinqi Yasamal rayonu "Məhsul" stadionunda keçirir.

Başlıca tələblər Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, ölkədən oğurlanmış, büdcədən talanıb natəmiz yollarla ofşor hesablara daşınmış korrupsiya pullarının xalqa qaytarılmasından ibarətdir.

Bundan öncə Müsavat Partiyasi "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq!” tələbi ilə yanvarın 12-nə mitinq təyin etmişdi. Lakin Bakı şəhər İcra Hakimiyyəti mitinq keçirməyin məqsədəuyğun olmadığı cavabını verib.

Milli Şura
Milli Şura

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları qəbul etsə də, qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Üstəlik, rəsmilərin fikrincə, ölkədə korrupsiya ilə mübarizə aparılır və bundan ötrü prezidentin iradəsi var.

Mitinqdən əvvəl bəzi fəalların saxlanması, bir çoxlarının polis idarələrinə çağırılaraq hədələnməsi ilə bağlı şikayətlər səslənib. Mitinqə qatılan müxalifət partiyaları hesab edirlər ki, hakimiyyət polisin gücündən istifadə etməklə aksiyanın kütləviliyinin qarşısını almağa çalışır.

Amma Azərbaycan rəsmiləri dəfələrlə deyiblər ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir. Rəsmilərin sözlərinə görə, "müxalifətin aksiyalarına xalq dəstək vermir, bu üzdən müəyyən əsassız iddialarla bunu pərdələmək istəyirlər”. 











Загрузка...
Загрузка...

Xəbər lenti