“Müstəntiq bacımın telefonuna gizli izləmə proqramı yazıb”

01 Noyabr 2021, 22:31
01 Noyabr
2021
22:31
1698
Xaçmazda 11 il əvvəl qətlə yetirilən sahibkar Nəcimə Babayevanın işi üzrə istintaqda nələr baş verib?
25 ilə yaxın Xaçmazda mərkəzi bazarın direktoru, daha sonra bazarın bazasında yaradılan "Arzu Ticarət Mərkəzi” MMC-nin təsisçisi olmuş iş adamı Nəcimə Babayevanın öldürülməsindən 11 ildən çox vaxt keçsə də, cinayət bağlı qalıb. Sahibkarın oğlu Fuad Həbibov Meydan TV-yə bildirib ki, qətlin üstünü açmalı olan şəxslər əksinə, müxtəlif yollarla onların özünə təzyiq göstərir.
İddia olunur ki, Baş Prokurorluğun İstintaq İdarəsində bu qətl hadisəsini araşdıran müstəntiq Nəcimə Babayevanın qızı Gülnarə Həbibovanın telefonuna gizli yolla izləmə proqramı yazıb.
"Bizim icra başçısından şübhələrimizi araşdırmaq əvəzinə, saxta sübutlar toplanırdı”
73 yaşlı Nəcimə Babayeva 2010-cu il sentyabrın 15-də Xaçmaz şəhərində yaşadığı evdə qətlə yetirilib. Onun övladları cinayət baş verən vaxtdan indiyə qədər analarının qətlinə görə 15 il (2004-2019) Xaçmazın icra başçısı olmuş Şəmsəddin Xanbabayevi ittiham edir. Baş Prokurorluq və başqa dövlət orqanlarına şikayətlərində də bunu açıq şəkildə yazıblar.
Övladları deyir ki, icra başçısı onun sahibi olduğu Ticarət Mərkəzini əlindən almaq istəyirdi. Bu üzdən Nəcimə Babayeva ömrünün son 3 ilini Şəmsəddin Xanbabayev və adamlarıyla mübarizəyə sərf etmişdi.
"Xaçmaz Rayon Prokurorluğu əvvəldən bizim icra başçısından şübhələrimizi araşdırmaq əvəzinə, yalnış yol tutaraq, anamın guya ailə münaqişəsi zəminində öldürülməsi barədə saxta sübutlar toplamağa çalışırdı. Bacım Gülnarə Həbibova və qardaşım Cavid Həbibov əleyhinə sübutlar axtarırdılar. Bizim şikayətlərimizdən sonra iş Xaçmaz Rayon Prokurorluğundan alınıb, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə verildi. İş əvvəl həmin idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi Vüqar Nəsibovun icraatında idi. Bir müddət əvvəl müstəntiq Zöhrab Səməndova verildi”, – Fuad Həbibov danışır.

Onun sözlərinə görə, ötən illər ərzində 2019-cu ilin avqustunda istintaqa şəxsi mənbələr vasitəsilə əldə etdikləri məlumatları, konkret adları da veriblər. Fuad Həbibov deyir ki, anasını öldürmək üçün qatil qonşu ölkədən gətirilib, hadisədən sonra isə onun qaçmasına şərait yaradılıb.
"Müstəntiq yalan danışaraq, polisdən telefonu alıb, yazdığı proqramla bacımı izləyib, videolarını çəkib”
"2021-ci il yanvarın 19-da müstəntiq Zöhrab Səməndov Xaçmazda bacım Gülnarə Həbibovanı 6 saat dindirib. 2010-cu ildə Xaçmaz Rayon Prokurorluğu elədiyi kimi, bu da eyni istiqamət tutub, ona uyğun suallar verərək, "Xanbabayev və adamları” şübhəsini tutub. İki ay sonra – martın 17-də İstintaq İdarəsində iş otağında bacımı dindirəndə psixoloji təzyiq göstərib aldadaraq, bacımın telefonunun şifrəsini öyrənib. Bacım dindirməyə gedəndə, İstintaq İdarəsinə daxil olanda telefonu buraxılış otağındakı mühafizə polisinə təqdim etmişdi. Zöhrab Səməndov həmin polis əməkdaşının yanına gəlib, Gülnarənin nömrəsini deyərək, həmin nömrəyə zəng eləməsini istəyib. Polis də zəng eləyib və buraxılış məntəqəsindəki telefonlar arasından Gülnarənin telefonuna zəng gəlib.
Müstəntiq polisə deyib ki, zəng gələn telefon istintaq üçün götürülməlidir. Yəni yalan danışıb. Telefonu götürüb və ora gizli şəkildə izləmə proqramı yazıb. Beləcə, bacımın bütün hərəkətlərini, danışıqlarını yazıb, video çəkiliş aparıb”, – Fuad Həbibov bildirib.
Qardaşının sözlərinə görə, Gülnarə Həbibova məsələdən xəbər tutan kimi müstəntiqin hərəkətlərindən Baş Prokurorluğa şikayət edib. Fuad Həbibov gileylənir ki, bütün sübutları təqdim etmələrinə baxmayaraq, müstəntiq haqqında heç bir tədbir görülməyib:
"Bundan sonra müstəntiq Zöhrab Səməndov aprelin 19-da Gülnarəni İstintaq İdarəsinə çağırıb, Şəmsəddin Xanbabayevin yaxın adamı, Xaçmazın Təhsil Şöbəsinin keçmiş müdiri Mədinə Nurməmmədovanın qardaşı Elşadla üzləşdirib. Plan olub ki, Elşad Gülnarənin üzünə dayansın. Lakin üzləşmədə Elşadın yalan ifadə verdiyi ortaya qoyulub, plan alınmayıb. Bacım o üzləşmədə vəkili ilə iştirak etmişdi. İyunun 9-da Zöhrab Səməndov Xaçmaza gəlib, xəbər göndərmişdi ki, Gülnarə vəkilsiz gəlirsə, onu qəbul edərəm. Bacım bu müstəntiqin əvvəl etdiyi qanunsuzluqları yada salaraq, vəkilsiz getməkdən imtina edib”.
Prokurorluqdan məhkəməyə şikayət edən şəxsin özü həbs edilib
Fuad Həbibov deyir ki, avqustun 25-də müstəntiq Zöhrab Səməndov 15-ə yaxın mülki geyimli və formalı polis, iki xidməti itlə qardaşı Cavid Həbibovun qayınatası Nadir Həmidovun Sudur-oba kəndindəki evinə gəlib, orada axtarış aparıblar. Müstəntiq Nadir Həmidovu Xaçmaz Rayon Prokurorluğuna aparıb, təxminən 4 saat dindirib: "Dindirmədə Nadir Həmidova deyib ki, "qudanı sən öldürmüsən, əlimizdə bununla bağlı faktlar var, xoşluqla bu qətli boynuna al, söz verirəm, sənə köməklik edəcəm”.
Nadir Həmidovun oğlu Rauf Həmidov atasına qarşı baş verənləri eşidəndən sonra həm müstəntiqdən, həm də polis əməkdaşlarından Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə bir neçə şikayət göndərib. O, Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavininin qəbuluna gedib, idarənin müstəntiqi Zöhrab Səməndovdan şikayətini birbaşa da çatdırıb. Bundan başqa, Baş Prokurorluğu da mülki qaydada məhkəməyə verib. Bir neçə gün sonra şikayətçinin özünü – Rauf Həmidovu həbs ediblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin əməkdaşı olan Rauf Həmidova qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə ittiham irəli sürülüb.
"Qardaşımın qaynı Rauf Həmidov haqqında həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarında göstərilib ki, onun "rüşvət almasına dair məlumat Nəcimə Babayevanın qətlinin ibtidai istintaqına rəhbərlik edən Zöhrab Səməndovun əməliyyat-istintaq fəaliyyəti ilə əldə olunub”. Guya Rauf Həmidov rüşvət alarkən cinayət başında yaxalanıb. Əslində isə evindən aparılıb. Açıq-aydın görünür ki, məqsəd Nəcimə Babayevanın əsl qatillərini tapmaq yox, bizi susdurmaq, yaxud da saxta dəlillər toplamaqla cinayəti ailə üzvlərimizdən birinin üstünə atmaqdır”, – Fuad Həbibov belə deyir.
İstintaq İdarəsindəki polis tənbeh edilib, müstəntiqdən isə xəbər yoxdur…
Baş Prokurorluğun İstintaq İdarəsində xidmətdə olan polis əməkdaşı Ozal Salahlıya təhvil verilmiş telefonun ondan alınması və müstəntiq Zöhrab Səməndov tərəfindən gizli şəkildə izləmə proqramı yazılmasıyla bağlı şikayətə Daxili İşlər Nazirliyindən cavab verilib.
Nazirliyin Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyev cavabında göstərib ki, polis serjantı Ozal Salahlı lüzumsuz olaraq, Gülnarə Həbibovanın telefonuna zəng etdiyinə görə ciddi şəkildə tənbeh edilib:
"Baş Prokurorluğun İstintaq İdarəsində xidmət aparan əməkdaşlar isə müvafiq qaydada təlimatlandırılıb. Müraciətinizdə qeyd olunan digər xüsusatların araşdırılması isə mühafizə polisinin səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə müraciət etmək hüququnuz var”.
Qanunsuz izləmə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətindən gələn cavabda isə bildirilir ki, şikayət aidiyyəti üzrə baxılması üçün Baş Prokurorluğa göndərilib.
Baş Prokurorluqdan isə hələ cavab gəlməyib.
Nəcibə Babayevanın qətlinin istintaqına gəlincə, bir müddət əvvəl Baş Prokurorluğun yaydığı açıqlamada bildirilirdi ki, bu cinayət işi üzrə yüzlərlə şahid dindirilib, müxtəlif versiyalar araşdırılıb: "Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində müxtəlif fərziyyələr (Nəcimə Babayevanın təsisçisi olduğu müəssisədə ticarətlə məşğul olan, eləcə də tabeliyində işləyən şəxslər tərəfindən öldürülməsi, ticarət mərkəzinin fəaliyyətilə əlaqədar onunla münaqişəsi olan şəxslər tərəfindən qisas məqsədilə törədilməsi, onunla ədavəti olan qonşular, əvvəllər məhkumluğu olan şəxslər tərəfindən törədilməsi və s.) ətrafında kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilib, 250-dən artıq şahid dindirilib”.
Prokurorluğun açıqlamasında zərərçəkmişin oğlu Fuad və qızı Gülnarə Həbibovanın dəfələrlə məsələ ilə əlaqədar Baş prokuror, Baş Prokurorluğun idarə rəisləri və s. səlahiyyətli şəxslər tərəfindən qəbul edildiyi də qeyd olunub.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Dosye
Eldar Mahmudovla Nizami Şirinovun mətbəəsində ölüm - “İNDİGO” HƏLƏ DƏ MTN GENERALLARINA XİDMƏT EDİR…
-
Manşet, Dosye
Vağzalda dəhşətli terroru təşkil edən İŞİD-çinin arvadı Ülkər Məmmədova təslim oldu - VƏ TERROR QRUPLAŞMASININ SİRLƏRİNİ AÇDI...
-
Manşet, Dosye
“Müstəntiq bacımın telefonuna gizli izləmə proqramı yazıb”
-
Manşet, Dosye
“Qumarxanalar kralı”nı sifarişlə öldürən Həsən Müzəffərov ömürlük “içəri getdi”...
-
Manşet, Dosye
“Oğlumu xüsusi qəddarlıqla öldürüb, meyitini təhqir edib...”
-
Manşet, Dosye
Biz dövlətimizi niyə qura bilmirik? - ƏRƏSTUN ORUCLUNUN KQB POLKOVNİKİ İLƏ SENSASİON SÖHBƏTİ
-
Manşet, Dosye
Ərdoğan həbsdəykən Heydər Əliyevin təlimatı ilə ziyarətinə gedən baş prokuror kimdi?
-
Manşet, Dosye
Cəmiyyəti sarsıdan “Tərtər işi”nin istintaqının yenidən araşdırıla bilər - GƏLİŞMƏ HADISE
-
Manşet, Dosye
Rail Rzayev hansı generalın iştirakı ilə öldürülüb?