"Müstəntiq axtarışda olan şəxslə restorana gedir" deyən vətəndaşın işini Daxili İşlər Nazirliyi nəzarətə götürüb

Загрузка...
Bakı şəhər sakini Yaşar Babayev Sadiq Kərimov tərəfindən ələ keçirilmiş pulunun geri qaytarılması məsələsində ona müvafiq köməkliyin göstərilməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin rəhbərliyinə də müraciət göndərib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Criminal.az saytına bildirib ki, nazirliyin aidiyyatı baş idarəsi tərəfindən aparılan araşdırma zamanı müəyyən olunub ki, 2016-cı ilin dekabr ayında Aygün İbrahimova Suraxanı rayon ərazisində 0.15 ha torpaq sahəsi almaq üçün Yaşar Babayevə 15000 manat pul verib.
Y.Babayev də öz növbəsində həmin puldan 9600 manatı tanışı Sadiq Kərimova verib. A.İbrahimova həmin sahədə tikinti işləri apararkən ərazinin Oktay adlı başqa şəxsə məxsus olduğunu aşkar edib.
Faktla bağlı Suraxanı RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.2.4 maddəsi ilə cinayət işi başlanılıb. İstintaq orqanı tərəfindən qeyd olunan cinayət işi üzrə bütün hallar tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək. 
Xatırladaq ki, şikayətçi Y.Babayev Criminal.az saytına müraciətində iddia edirdi ki, onun işini araşdıran müstəntiq Nizami Məhərrəmov barəsində axtarış verdiyi şəxslə restorana gedir. Həmin müstəntiqin qərarına prokurorluqda baxılıb. Porokuror müstəntiqin cinayət işinin başlanmasına xitam verilməsi ilə bağlı qərarını ləğv edib.
Müstəntiqin cinayət işinə xitam verməsi ilə bağlı şikayətinə Suraxanı rayon prokurorluğundan baxılıb və polisin qərarı ləğv edilib: "Rayon Prokurorunun müavini Ramin Şirəliyev artıq Suraxanı rayon Polis İdarəsinin rəisi Müslüm Quliyevə rəsmi qərar da göndərib. 
Qərarda göstərilir ki, müstəntiq Nizami Məhərrəmov tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar əsassız olduğundan ləğv edilir və cinayət işi əlavə istintaq aparılması üçün yenidən polisə göndərilir. Cinayət işi üzrə ibtidai istintaqı hərtərəfli, obyektiv aparmaqla qısa müddətə tamamlanması və nəticəsi barədə Suraxanı rayon prokurorluğuna və müraciət müəlifinə məlumat verilməsi tələb olunur".
Yaşar Babayev Criminal.az saytına müraciət edərək Suraxanı rayon Polis İdarəsinin müstəntiqi Nizami Məhərrəmovdan şikayət edərək polisə yaraşmayan hərəkətlərə görə ittiham etmişdi: "Dövlət işçisinin, DİN əməkdaşının axtarışda olan cinayətkar ilə birlikdə qonaqlığa getməsi, zərərçəkmiş şəxsə "zarafat edirəm” deyib lağa qoyması, onun qanun keşiyində deyil, cinayətkarı himayə etməsini sübut edir. Daxili İşlər Nazirliyinin əməkdaşını belə hərəkəti nazirliyinin nüfuzuna xələl gətirir”.
Yaşar Babayev Şikayətçinin sözlərinə görə, 2016-ci ilin dekabrında Məhəmmədi qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olan Sadiq Səfər oğlu Kərimovdan 15 sot torpaq sahəsi alıb. Həmin torpaq sahəsini ondan 9600 manata alıb. Sonradan isə həmin torpaq sahəsini yaxın qohumu fərdi yaşayış evi tikmək istəyən Aygün İbrahimovaya satıb. Razılaşma əsasında Aygün İbrahimovadan 15 min manat pul alıb və həmin məbləğin 9600 manatını S.Kərimova ödəyib. A.İbrahimova həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikərkən Oqtay adlı şəxs ortaya çıxaraq 15 sot torpaq sahəsinin ona məxsus olduğunu bildirib. Bundan sonra Suraxanı rayon Polis İdarəsinə şikayət ərizəsi yazaraq təqsirləndirilən şəxs və ya şəxslərin əməllərinə hüquqi qiymət verilmsinə müvafiq orqanlardan xahiş edib. Bundan sonra Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov şikayətim əsasında toplanmış materialları nəzərdən keçirilərək Cinayət Məcəlləsinin 178.2.4- cü(külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. Müstəntiq S.Kərimovun barəsində axtarış elan olunduğunu bildirib, lakin sonar onları dəfələrlə bir yerdə görüb.
Müstəntiq Nizami Məhərrəmov Criminal.az saytına açıqlamasında Y.Babayevin şər-böhtanlarından bezdiyini və cinayət işinin xitam olunması barədə qərar qəbul olunduğunu bildirmişdi:
"İzah etmişəm ki, narazıdırsa gedib sivil qaydada prokurorluğa və məhkəməyə şikayət eləsin. O da prokurorun qəbulunda olub və qərardan şikayət edib. Narazısansa, məndən də yuxarı orqan var, buyur şikayətini et. Qoy məhkəmə mənim qərarımı ləğv etsin, yoxsa sən kimsən ki, müstəntiqdən yazırsan ki, müstəntiq kiminləsə əlbir olub. Sən onu sübut edə bilərsən ay vətəndaş? Edə bilməsən axı kütləvi informasiya vasitələrində dərc olunarsa, şər-böhtan atmaqla cinayət törətmiş olursan. Sabah səni məhkəməyə verib əksini sübut etməklə fakt qarşısında qoyaram axı...".

Загрузка...
Загрузка...

Xəbər lenti