Mustafa Hacıbəylinin apelyasiya şikayəti təmin olunmadı

Mustafa Hacıbəylinin apelyasiya şikayəti təmin olunmadı
Загрузка...
Baş redaktorun vəkilləri Ali Məhkəməyə kassasiya şikayəti verəcək
Aprelin 25-də Bakı Apelyasiya Məhkəməsində "basta.info" saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat departamentinin rəhbəri Mustafa Hacıbəylinin şikayətinə baxılıb. Şikayət M.Hacıbəylinin iki il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilib.
Həmin hökmə əsasən, M.Hacıbəyli rəhbərlik etdiyi saytda Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi və Mingəçevir Su Elektrik Stansiyasındakı qəza barədə iki yazıya görə CM-nin 281 (dövlət əleyhinə çağırışlar), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinib. Apelyasiya şikayətinə Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb.
Məhkəmədə həm M.Hacıbəyli, həm də vəkili Osman Kazımov hökmün ləğvini, bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini istəyib. M.Hacıbəyli çıxışında deyib ki, ittiham əsassızdır. O, tənqidçi fəaliyyətinə görə siyasi sifarişlə cinayət təqibinə məruz qaldığını bildirib. Amma məhkəmə apelyasiya şikayətini təmin etməyib və hökm qüvvədə saxlanıb. M.Hacıbəyli Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.
Загрузка...
Загрузка...

Xəbər lenti