Müsavatçılar Rəsulzadəni beş-beş ziyarət edirlər Müsavatçılar Rəsulzadəni beş-beş ziyarət edirlər

Müsavatçılar Rəsulzadəni beş-beş ziyarət edirlər
Загрузка...
 Müsavat Partiyasının liderləri və fəalları Respublika Günü münasibətilə Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsi yaxınlığında toplaşırlar. Onlar əllərində üçrəngli bayraqlar, Rəsulzadənin plakatlarını tutublar. AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, polis koronavirusa yoluxma ehtimalına görə aksiyaçılardan sosial məsafəni gözləməyi tələb edir.
Bundan başqa, Rəsulzadənin abidəsini ziyarət etmək üçün müsavatçılar beş-beş buraxılır. Buna etiraz olaraq fəallar "Müsavat", "Rəsulzadə" şüarları səsləndiriblər.
Müsavat Partiyasının başqanı Arif Hacılı Cümhuriyyət bayramının vacibliyini qeyd edərkən Azərbaycan hakimiyyətinin bu bayrama qısqanclıqla yanaşdığını deyib: "Biz bu bayramın Azərbaycan Hava Qüvvələrinin təyyarələrinin havaya qalxması ilə qeyd olunmasını təklif etmişdik. Təəssüf ki, hakimiyyət təklifimizi qəbul etməyib və demək olar ki, bugün bayram qeyd edilməyib".
Tədbir insidentsiz başa çatıb. Müsavatçılar Novxanıda M.Ə.Rəsulzadənin abidəsini ziyarət edirlər.

28 may 2020 Müsavatçılar Novxanıda M.Ə.Rəsulzadənin abidəsini ziyarət edirlər.

Xəbər lenti