Müsavat Partiyasının üzvləri kütləvi şəkildə saxlanılır

Müsavat Partiyasının üzvləri kütləvi şəkildə saxlanılır
Загрузка...
Noyabrın 12-i səhərdən Müsavat Partiyasının bir neçə fəalı saxlanılaraq polis bölmələrinə aparılıb. Bu barədə Turan-a təşkilatın aparat rəhbəri Gülağa Aslanlı bildirib.
Əsasən Siyəzən təşkilatının sədri Mərdan Mehdilini, Nərimanov rayon təşkilatının fəalı Valeh Hümmətoğlunu, Xətai təşkilatının sədri Qəzənfər Baxışovu evlərindən aparıblar. Bir sutkadır ki, partiya sədrinin müavini Razim Əmiraslanlının barəsində məlumat yoxdur. O, noyabrın 11-də səhər Binəqədi Rayon Polis İdarəsinə çağırılıb. Müsavat Partiyasının mətbuat katibi Mustafa Hacıbəylinin telefonuna zəng çatmır. O, səhər evdən çıxıb. G.Aslanlı ehtimal edir ki, yolda onu da saxlayıblar.
Sumqayıtda polis fəal Bərşad Cümşüdlünün mənzilinə gəlib. Gəncədə müsavatçılar Cahangir Əmirxanlı, Vidadi Həsənli və Oqtay Zeynalova saat 10:00-da polisə getmək tapşırılıb.
G.Aslanlı hesab edir ki, kütləvi saxlanmalarda məqsəd Müsavat Partiyasının bu gün saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirəcəyi piketi pozmaqdır.
Öz növbəsində Müsavat Partiyasının lideri Arif Hacılı bildirib ki, noyabrın 12-də səhər polis və mülki geyimli şəxslər partiyanın mənzil-qərargahını əhatəyə alıblar. "Mənzil-qərargaha gələnlər dərhal saxlanılır”, - A.Hacılı deyib.
Загрузка...
Загрузка...

Xəbər lenti