Müsavat Partiyası “miqrant işi” üzrə ilkin araşdırmanın yekunları barədə

Müsavat Partiyası “miqrant işi” üzrə ilkin araşdırmanın yekunları barədə
Загрузка...
Almaniyanın Koblenz məhkəməsində 8 azərbaycanlıya qarşı cinayət işi Azərbaycan vətəndaşı Rəşad Məmmədovun şikayəti əsasında başlanıb. Bu barədə Müsavat Partiyasının məlumatında deyilir.
İlkin araşdırma göstərib ki, şikayət əsasında Rəşad Məmmədovun vaxtilə sürücüsü olduğu Mehdi Xəlilbəyli həbs edilib. M.Xəlilbəyli Almaniyada ictimai təşkilat kimi qeydiyyatdan keçmiş Müsavat Avropa Koordinasiya (AKM) Mərkəzinin sıravi üzvüdür. Həmçinin "Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev həbs edilib. Azərbaycan vətəndaşı olan daha 7 nəfərin saxlanması haqqında xəbər təkzib edilib Cinayət işinin Müsavat Partiyasına və Müsavat AKM ilə bağlı olduğu barədə yayılan məlumat təsdiqlənməyib. Ötən həftə Almaniyadan 61 nəfər Azərbaycan vətəndaşının deportasiya edilməsinin sözügedən cinayət işi ilə bağlı olması barədə iddia Koblenz Regional Məhkəməsinin prokuroru Torsten Kahl tərəfindən təkzib edilib.
Son məlumatlara görə, şikayətçi Rəşad Məmmədov Almaniyanın miqrasiya xidmətindən mənfi cavab almış, həmçinin Almaniya polisi tərəfindən barəsində cinayət işi açılmış şəxsdir. O, həbsdən sonra polislə əməkdaşlıq edərək cəzasını yüngülləşdirməyə çalışır. Həmin şəxs bundan əvvəl də Müsavat Partiyasına və Müsavat AKM-ə qarşı qarayaxma kampaniyasında iştirak edib. R. Məmmədovun qardaşı Azər Məmmədov AXCP-yə yaxın olan AND (Azərbaycan Naminə Demokratiya) təşkilatına, mühacirətdəki hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı ağır ittihamlar irəli sürüb.
Rəşad və Azər Məmmədovların əvvəllər Azərbaycanda polis orqanlarında çalışdığı bildirilir və indi onların Azərbaycan hakimiyyətinin xüsusi xidmət orqanları ilə işbirliyində olduqları, müxalifətə qarşı təxribatlarda istifadə olunduqları ehtimal edilir. Uzun müddətdir Azərbaycanda Ağır Cinayətlər üzrə İstintaq İdarəsində "mühacir alveri” və "saxta sənəd” ittihamları ilə əlaqədar istintaq aparılır. Bu iş çərçivəsində Müsavat Partiyasının indiki və keçmiş rəhbərləri Arif Hacılı və İsa Qəmbər, partiya İcra Aparatının rəhbəri Gülağa Aslanlı, AXCP sədri Əli Kərimli, onun müavini Gözəl Bayramlı izahat veriblər. Lakin hər hansı ciddi sübut ortaya qoya bilməyiblər. 2019-cu ilin avqust ayında Bakıda həyata keçirilən əməliyyat nəticəsində mühacirlər üçün saxta sənəd istehsal edən cinayətkar dəstə ifşa edilərək tutulub.
"Real” TV-nin məlumatına görə, həmin dəstə məhkəmə orqanları, Bakı Şəhər Baş Polis İdarəsi, Müsavat, AXCP və digər təşkilatlar adından saxta sənədlər verib. Müsavat Partiyası bu cinayətkar şəbəkənin xarici dövlətlərdə uzantılarının olduğunu istisna etmir, onun adından saxta sənəd verilməsi hallarına qarşı həyata keçirilən istənilən əməliyyatı dəstəkləyir və bu məsələdə zərər çəkən tərəf olduğunu bildirir. Müsavat Partiyası bu iş ətrafında siyasi spekulyasiyalara son qoymağa çağırır. Əgər Almaniya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində hər hansı bir Müsavat Partiyası üzvünün qanundankənar fəaliyyəti aşkar olunarsa, həmin şəxs buna görə fərdi məsuliyyət daşıyacaq. Müsavat Partiyası həmin şəxslə bağlı adekvat tədbirlər görəcək, məlumatda bildirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti