Müsavat başqanı ABŞ səfiri ilə görüşdü

Müsavat başqanı ABŞ səfiri ilə görüşdü
Загрузка...
Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ilə görüşüb. Müsavat Partiyasının mətbuat xidmətindən "Basta”ya verilən məlumata görə, görüşdə Azərbaycandakı ictimai siyasi durum, regionda baş verən son hadisələr, fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri müzakirə olunub.
Görüşdə Müsavat başqanının müavini Səxavət Soltanlı, eləcə də ABŞ səfirliyinin siyasət şöbəsinin müdiri iştirak ediblər.

Xəbər lenti