“Müqəddəs” yer boş qalmır: Ölmüş vəkili kim əvəz etdi?

“Müqəddəs” yer boş qalmır: Ölmüş vəkili kim əvəz etdi?
Загрузка...
İstənilən halda, haqqın nazildiyini, amma üzülmədiyini bizə təlqin edərək nəyəsə ümidləndiyimizi istəyirlər. Lakin bəzən deyənlər öz sözlərinə xilax çıxaraq ümidi taplayır, haqqın elə gözü kor femida olduğuna inandırırlar. İnanmaq məcburiyyətindəyik, o artıq gözü bağlanmış ədalət və mizan yox, gözü ovulan və kor edilən həqiqətdir.
Həqiqət həm də vəkilimizdir. Vəkil də gərək həqiqətdən danışsın. Tərsi olanda, deyiləni danışan seçilir, düşündüyün deyən isə kor femidanın və gözü ovulmuş ədalətin badına gedir...
Bir neçə gün əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, "Mərkəz” vəkil bürosunun rəhbəri Sərdar Qasımov öldü. Tanınmış vəkil Elçin Sadıqov S.Qasımov haqda status yazaraq bəyan etdi ki, mərhum vəkil onun barəsində aparılan intizam icraatında sifarişli şəkildə mənfi rəy yazıb. Məhz bu statusdan sonra E.Sadıqov Vəkillər Kollegiyasına çağırılaraq barəsində intizam icraatı başladıldı. Məlum oldu ki, insan haqları uğrunda insanların hüquqlarını müdafiə edən vəkil E.Sadlqovdan mərhum Sərdar Qasımovun həyat yoldaşı şikayət edib. 

Sərdar Qasımov 
Mərhum vəkilin xanımı Kəmalə Qasımova şikayətində yazıb ki, S.Qasımovun ölümünə görə gözünün yaşı qurumamış vəkil Elçin Sadıqov onun barəsində sosial şəbəkələrdə, saytlarda əsassız və uydurma məlumatlar yaymaqla ailəsinin və doğmalarının mənəvi sarsıntısını, kədərini daha da artırıb. Ona görə də, vəkil Sadıqovun məsuliyyətə cəlb olunaraq qanun çərçivəsində barəsində tədbir görülməsi tələb edilirdi. Vəkillər Kollegiyası da, həmin xanımın istəyini dərhal yerinə yetirdi və E.Sadıqov barəsində intizam icraatı başladı və nədənsə az sonra xitam verdi.

"Mərkəz" bürosunda seçki 
Criminal.az bildirir ki, S.Qasımov rəhmətə getsə də, onun tutduğu post heç də boş qalmadı. Onun yerinə tanınmış hüquq müdafiəçisi Leyla Yunusun vəkili olmuş Elçin Qəmbərov təyin olundu. VK-nın məlumatına görə, "Mərkəz” vəkil bürosunun rəhbərinin açıq seçkisi keçirilib və yekdilliklə qəbul etdiyi qərara əsasən, büronun vəkili Elçin Qəmbərov müdir seçilib. Həmin seçkidə kollegiyanın sədri Anar Bağırov da iştirak edib. 

Elçin Qəmbərov 
Yeni büro rəhbəri kimdir?
Vəkillik elə bir peşədir ki, ədalətli olmağa və ədalətin yanında olmağa borcludur. Lakin E.QƏmbərov haqda internet üzərində araşdırma aparanda başqa mənzərənin şahidi olduq. Məlum oldu ki, E.Qəmbərov xeyli müddət L.Yunusun vəkili olub. Sonradan isə Leyla Yunusun məhbəs həyatı barəsində "Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitab yazıb. Vəkil kitabında iddia edir ki, kitabı hüquq müdafiəçisi Leyla Yunusun həbsxanada yazdığı məktublar əsasında tərtib edib. Kitabdan bəzi hissələr mediada dərc olunub.
 
Leyla Yunus 
Leyla Yunus o zaman kitab haqda mətbuata müsahibə verib: "Mən uddum, ondan istifadə etdim, kitabımda da bu barədə ətraflı yazmışam. Mən bilirdim ki, qızım Dinaraya yazdığım məktubları o prokurorluğa çatdırır, əlbəttə, bu, mənə lazım idi, dezinformasiya ötürürdüm. Əslində, casusluğu mən etmişəm, Elçin Qəmbərov yox. Onun yaddaşı yaxşı deyil, mən həbsdən çıxmışdım, o, bəzi kağızları mənə qaytardı, dedi ki, məktublarınızı qaytarıram. Arif Yunusla həmin səhifələrə baxandan sonra ona dedik ki, daha gəlmə, sağ ol, hər şey məlum idi. Artıq onun bəzi hissələri özündən uydurub nəsə yazdığını hiss etmişdim. Bir daha deyirəm, mən Elçin Qəmbərovdan istifadə etmişəm, o məndən yox”.

Səid Dadaşbəyli
Mətbuatda bundan başqa, E.Qəmbərov haqda hazırda məhbəs həyatı yaşayan MTN cinayətlərinin qurbanlarından olan Səid Dadaşbəylinin xanımı İlhamə Dadaşbəylinin sərt açıqlaması yer alıb. O, həyat yoldaşına məxsus facebook hesabında vəkilin onlardan dələduzluq yolu ilə pul aldığını amma qaytarmadığını iddia edib:
"Bizi üzən bir məqam var: Bu, ümid etdiyimiz, köməyini gözlədiyimiz bəzi adamların, konkret olaraq, vəkil Elçin Qəmbərovun bizi üzməsi oldu. Elçin Qəmbərov kimi adamları görəndə düşünürsən ki, ədalətsiz adamlar, başqasının haqqı əlindən alanlar təkcə hökumətdə deyilmiş. Bu adam ölkənin nüfuzlu müxalifət liderlərindən birinin adıyla bizdən 5000 dollar pul aldı ki, Səid Dadaşbəylinin adını siyasi məhbus siyahısına saldıracaq. Biz sonradan öyrəndik ki, Elçin Qənbərov həmin şəxsin adını bizdən etibar qazanmaq üçün çəkib. Bununla o, açıq formada dələduzluq edib. Bundan başqa o, bizdən Səidi əfvə saldırmaq adıyla 25 min manat pul almaq istədi. Yenə də illər keçdi, əfvə olan ümidlərimiz puça çıxdı. Nəhayət, anladıq ki, Elçin Qənbərov dələduzluq edərək, pulumuzu mənimsəyib. əməlinin üstü açılanda vəd verdi ki, qaytaracaq. Amma yenə də aldatdı. 2015-ci ildə ildə onu polisə verdik və cinayət işi başlandı. Sonra müxtəlif yollarla bu işdən çıxdı. Həbsdə olan bir insanın ailəsinin, yaşlı valideyinlərinin heysiyyatı ilə oynamaq, heç bir vicdana sığmır”.
Məlumat üçün bildirək ki, müxtəlif vaxtlarda mətbuatda da Elçin Qəmbərovun dələduzluqda günahlandırılması və Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılması barədə xəbərlər yayılmışdı.
Загрузка...
Загрузка...

Xəbər lenti