“Mühteşem Yüzyıl” serialının aktyoru 16 il müddətinə həbs edildi

“Mühteşem Yüzyıl” serialının aktyoru 16 il müddətinə həbs edildi
Загрузка...
 Aktyor polisə silahlı müqavimət göstərmək, girov götürmək, sağlamlığa zərər vurmaqda ittiham olunur
Türkiyəli aktyor Adnan Koç 16 il 8 ay müddətinə həbs cəzasına məhkum edilib. "Mühteşem Yüzyıl" serialında Bəhram Paşa obrazını canlandıran aktyorun bir çox cinayətlərdə təqsirli olduğu sübuta yetirilib. Bunların arasında polisə silahlı müqavimət göstərmək, girov götürmək, sağlamlığa zərər vurmaq var. Sənətçi və digər 5 şübhəli 2018-ci ilin mart ayında narkotik əleyhinə əməliyyat zamanı həbs olunub.
Onlar silahlı qarşıdurma zamanı polis əməkdaşlarını yaralayıb, həmçinin 6 nəfəri girov götürüblər. "Müşteşem Yüzyıl” serialı Türkiyə televiziya tarixinin ən bahalı layihəsi hesab olunur. Osmanlı tarixini əks etdirən çoxhissəli film dünyanın 42-dən çox ölkəsində nümayiş edilib. Serialın nümayişi zamanı Türkiyədə çoxlu sayda etirazlar olmuşdu.
İddia edilirdi ki, serial insanlar arasında Osmanlı sevgisinə psixoloji savaş açıb, Qanuni Sultan Süleymanın obrazı düzgün təqdim olunmayıb. Əslində, onun həyatı hərəmxanada eyş-işrətdə deyil, döyüş meydanlarında keçib. O vaxt serialı tənqid edənlər arasında Türkiyənin keçmiş Baş naziri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan da var idi.

Xəbər lenti