Müharibənin bir addımlığındayıq: məşhur yazardan sensasion təhlil

13 Avqust 2020, 21:29
13 Avqust
2020
21:29
424
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov son bəyanatında dedi ki, Rusiya-Türkiyə münasibətləri son dərəcə pisləşib. Son onilliklərdə bu münasibətlərin bu qədər pisləşməsi heç olmamışdı...
Rusiya-Türkiyə münasibətləri niyə pisləşib? Azərbaycana görə.
Belə bir fonda Rusiya-Azərbaycan münasibətləri də mütləq pisləşməli idi.
İlham Əliyevlə Vladimir Putinin telefon danışığı bir daha sübut etdi ki, bu münasibətlər ən kritik həddədir.
Bu telefon danışığı ilə bağlı Rusiyanın yaydığı bəyanatla Azərbaycanın yaydığı bəyanat arasında Yerlə Göy qədər fərq var. Rusların yaydığı bəyanat belə bir fikir yaradır ki, iki ölkə arasındakı münasibətlər arzu olunan səviyyədədir. Ancaq Azərbaycan tərəfinin yaydığı bəyanat isə onu deməyə əsas verir ki, İlham Əliyevlə Vladimir Putinin telefon danışığı son dərəcə gərgin keçib.
Azərbaycan tərəfinin yaydığı bəyanat onu da deməyə əsas verir ki, ermənilərin Tovuz rayonuna hücumu Rusiyanın sifarişi ilə həyata keçib. Zatən Türkiyə prezidenti də bunu demişdi.
Ermənistanı təpədən-dırnağa silahlandırmaq üçün Rusiya mümkün olmayanları da edir və intensiv şəkildə müharibəyə hazırlaşır.
İlk dəfədir ki, Azərbaycanla Rusiya arasında münasibətlərin nəzarətdən çıxması rəsmi şəkildə etiraf olunur.
Azərbaycan tərəfinin bəyanatında vurğulanır ki, Ermənistana silah həm də İran üzərindən daşınıb. İranın Ermənistana hər cür yardım göstərməsi təzə xəbər deyil. Ancaq ilk dəfədir ki, bu məsələ Azərbaycan prezidentinə istinadən vurğulanır...
Aydın görünür ki, Azərbaycan və Türkiyə tərəfi eyni səngərdə yer alıb. Rusiya, Ermənistan və İran isə qarşı tərəfdədir. Çin də bu tərəfə meyllidir. Azərbaycanla Türkiyənin yanında daha kim var? Məncə, ABŞ, Avropa Birliyi. Əminəm ki, Türkiyə ilə münasibətləri pis olan İsrail bu məsələdə Azərbaycana dəstək verəcək. İran amilinə görə Azərbaycanın ayaqda qalması İsrail üçün həyati əhəmiyyət daşıyır.
ABŞ-la bağlı bir şeyi deyim. Vaşinqton son 3 ildə (hər il)
Azərbaycana hərbi məqsədlər üçün 120 milyon dollar yardım edib. Ermənistana isə heç bir yardım göstərməyib. Ona görə də əminliklə demək olar ki, müharibə olacağı təqdirdə ABŞ Azərbaycana ciddi yardım göstərəcək.
Müharibənin bir addımlığındayıq. Bu savaşda digər türk dövlətləri özlərini necə aparacaq? Bu son dərəcə önəmli məsələdir. Onlar Ermənistana dəstək verməyəcək. Bu, aydındır. Onlar Azərbaycana və Türkiyəyə necə, dəstək verəcəklərmi? Böyük ehtimalla bu dəstək olacaq. Ancaq həmin dəstək hansı səviyyədə olacaq? Bəlli deyil.
Əlbəttə, Qafqaz xalqlarının bu müharibəyə münasibəti də son dərəcə önəmlidir. Qafqazda da türkdilli xalqlar çoxdur. Onların da mövqeyi həlledici ola bilər.
Daha bir önəmli məqam. Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır. Onların taleyi necə olacaq? Bu barədə də indidən düşünmək lazımdır...
Bəs, başlayacaq müharibə hansı xüsusiyyətə malik olacaq? İngilis dilində "proxy war” ifadəsi var. Anlamı odur ki, böyük dövlətlər müəyyən qruplar və ya kiçik dövlət üzərindən savaş aparırlar. Məsələn, Suriyada ABŞ, Rusiya, Türkiyə və İran müxtəlif qruplar üzərindən müharibədə iştirak etdilər.
Yəni, Azərbaycan ilə Ermənistan arasındakı müharibə Rusiya ilə Türkiyə arasında "proxy war” xarakteri ala bilərmi? Böyük ehtimalla müharibənin ilkin mərhələsində belə olacaq...
Hər bir azərbaycanlı bu müharibəyə hazır olmalıdır. Bu müharibə təkcə Qafqazda getməyəcək. Dünyanın hər yerində bütün azərbaycanlılar bir araya gəlməlidir. Əcnəbi məmləkətlərdə biz bu birliyin nümunələrini gördük. Müharibə başlayacağı təqdirdə isə bu birlik daha sarsılmaz olacaq...
Elbəyi Həsənli
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Sənəd, Cəmiyyət
DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
Cəmiyyət
Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
Foto, Cəmiyyət
Ağdamın Xıdırlı kəndindən görüntülər
-
Cəmiyyət
"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
Cəmiyyət
Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
Cəmiyyət
Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
Foto, Cəmiyyət
''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
Manşet, Foto, Cəmiyyət
Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
Foto, Cəmiyyət
Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular