"Mühacir biznesi"nə görə tutulan şəxsin atasının prezidentə müraciəti: "Gənc heydərçi oğlumun azadlığa çıxamasına köməklik edin..."

Загрузка...
Möhür qalmaqalı ilə bağlı həbs edilən Gemi İctimai Birliyinin sədri Sərdar İsgəndərovun atası prezident İlham Əliyev və birinci vitse-prezidenti Mehriban Əliyeva müraciət edib. Criminal.az xəbər verir ki, Yusif İsgəndərov müraciətində oğlunun şərlənərək tutulduğunu bildirərərk onun azadlığa çıxmasında köməklik edilməsini xahiş edir:
yulun 26-da oğlum Sərdar rəhbərlik etdiyi Gəmi ictimai birliyinin ofisində basqına məruz qalıblr. Özlərini icra hakimiyyətinin işçiləri kimi təqdim edən şəxslər axtarış haqda order təqdim etmədən oğlumu başqa otağa salaraq axtarış aparıblar. Sərdar qeyri-qanuni axtarışa etiraz etsə də, onu hədələyiblər. Deyiblər ki, onlar DTX əməkdalarıdır və istədikləri əməliyyatı keçirə bilərlər. Sərdara fiziki və mənəzi təzyiq olub. Sonra oğlum xeyli sayda qutunun otağa yerləşdirildiyini görüb. Oğlum gördüklərindən dəhşətə gəlib. Oğlum əlinə bıçaq alaraq özünü öldürəcəyini deyib. Deyiblər ki, biz istəyən cavabı ver, yaxşı olacaq. Ondan ifadə alıblar, sonra DTX-ya aparıblar. Sərdar saxta ittihama imza atmayıb. Prezdentə müraciət edəcəyimi deyəndən sonra oğlumu sərbəst buraxdırlar. Avqustun sonlarında oğlumu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağıraraq həbs etdilər. Oğlumun həyatı təhlükədədir. Gənc heydərçi olan oğlumun azadlığa çıxamasına köməklik edin. Sərdar Yusifoğlu Dövlətinə və Prezdentinə hər zaman sadiq adam olub. Həmişə dövlətçiliyi və Prezident İlham Əliyevi təbliğ edib. Buna sübut üçün onun rəhbərlik etdiyi Gənclərin Elmi Mədəni İnkişafı İctimai Birliyinin fəaliyyətini göstərmək olar". 
Xatırladaq ki, S.İsgəndərov ''mühacir biznesi'' ilə məşğul olmaqda ittiham olunaraq həbs edilib. 
Загрузка...
Загрузка...

Xəbər lenti