Müəmmalı şəkildə ölən prokurorluq işçisinin xanımı: "Əgər Eminin ölümündə əlim varsa sübut etsinlər” Müəmmalı şəkildə ölən prokurorluq işçisinin xanımı: Müəmmalı şəkildə ölən prokurorluq işçisinin xanımı:

Müəmmalı şəkildə ölən prokurorluq işçisinin xanımı:
Загрузка...
Türkiyənin Antalya şəhərində istirahətdə olan zaman dünyasını dəyişən prokurorluq əməkdaşının ölümündə ittiham olunan şəxslərdən biri də mərhum Emin Hüseynovun həyat yoldaşı Elfira Mövsümlüdür. Emin otelin idman zalında huşunu itirərkən yaxınlarından yanında olan yeganə şəxs E.Mövsümlü olub.
Mərhumun atası, keçmiş bələdiyyə sədri Bəybala Hüseynov Criminal.az saytına müsahibəsində oğlunun sui-qəsd nəticəsində öldürlürdüyünü demişdi. Eyni zamanda oğluna qarşı sui-qəsddə öz gəlini Elfira Mövsümlüdən də şübhəli olduğunu bildirmişdi. Şübhələrini isə gəlini və qudası Aygün xanımın ona dedikləri sözlə əsaslandırmışdı: 

Bəybala Hüseynov 
"Bir gün evə gəldim. Gəlinim Elfira və onun anası məni otağa çağırıb dedi ki, sənin xəbərin varmı Emin çox narahatdır, qorxur. Sizdən gizli saxlayır, amma mən qızıma demişəm ki, bu məsələni açıb desin. Bir gün Eminin başına iş gələcək, sənin üstündə qalacaq. Dərhal oğluma zəng edərək narahatlığının səbəbini soruşdum. Dedi ki, bir gün maşını dayanacaqdan götürəndə gözətçi ona deyib ki, bura bir maşınla 4-5 nəfər gəlmişdilər. Oğlumun şəklini göstəriblər. Sonra oğlum həmin şəxslərin və avtomobillərinin şəklini təhlükəsizlik kamerasından çıxarmışdı. Sonra özüm dayanacaqdakı gözətçi ilə görüşmək istəsəm də, o artıq işdən uzaqlaşdırılmışdı”.
B.Hüseynov həmçinin gəlinini oğlunun ili çıxmadan evdən qaçmaqda və sui-qəsdin izini itirməkdə rolu olduğunu iddia edib: "Oğlumu Azərbaycanda öldürmək istəyiblər, baş tutmadığına görə Türkiyədə həyata keçiriblər. Gəlinimdən Türkiyənin sorğusu əsasında Baş Prokurorluqda ifadə alıblar. Həmin ifadəni oxuyub xəcalət çəkdim. Gəlinim ifadəsində deyib ki, Emin izlənməsindən xəbərsiz olub. Hansı ki, məni ilk olaraq onlar çağırıb otaqda Eminin başına bir iş gəlsə bizdən şübhələnmə mesajını veriblər. Çalış qarşısını al. Demək gəlinimi məcbur edib yazdırıblar. Telefonlardan hər şeyi sildirən, gəlinimə bu cür ifadələri yazdıranlar yəqin Baş Prokurorluğun içərisindədir”.

"Kameraya onu izləyən maşının nömrəsi düşmüşdü" 
Qaynatasının ittihamlarına cavab verən Elfira Mövsümlü Criminal.az saytına açıqlamasında mərhum ərinin ölümündən əvvəl izlənməsini təsdiqlədi. Onun sözlərinə görə, Türkiyəyə getməmişdən 2 ay əvvəl Emin ona izlənməsi barədə deyibmiş:
"Emin mənə demişdi ki, işinin yaxınlığındakı marketin qabağında maşını saxlayarkən bilib ki, gözətçi onu soruşublar. Hətta şəkilin də göstəriblər. Emin mənə demişdi ki, bu haqda heç kimə məlumat verməyim. Sonra elə oldu ki, Emin işdə olan günü bu hadisəni qaynatama demək üçün anamla məsləhətləşdim. Biz Bəybala müəllimi çağıraraq Emin mənə necə danışmışdı, olduğu kimi ona danışmışam. Bəybala müəllim də bilir, Emin özü araşdırmışdı. Kamera görüntülərinə onu izləyən maşının nömrəsi düşmüşdü. Amma onu izləyənlər haqda əlavə heç bir məlumat tapa bilməmişdi”.
E.Hüseynovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə işə necə düzəlməsindən xəbərsiz olduğunu deyən E.Mövsümlü bunun ailə qurmamışdan əvvələ təsadüf etməsi ilə əsaslandırdı.
"...guya yaxtada Eminə nəsə içirdiblər"
E.Mövsümlü Türkiyə səfərinin necə baş tutmasına da aydınlıq gətirib, hansı ki qaynatası B.Hüseynov bunu oğluna sui-qəsd üçün əvvəldən planlaşdırılmış bir gediş kimi ehtimal edir.
"Eminin anası da bilir ki, oğlu əvvəl Londona getmək istəyirdi. Bildirdilər ki, visa almaq 2-3 ay çəkəcək, Emin Bəybala müəllimin köməkçisi Balakişi adlı şəxslə məsləhətləşmişdi. Turu özləri təşkil ediblər. Turizm şirkəti və onun rəhbərini tanımamışam. Artıq iki gün idi istirahətdə idik, Balakişi müəllim vatsapla səsli mesaj göndərdi ki, tur var, sizi göndərmək istəyirlər. Biz Eminlə razılaşdıq. Bəybala müəllim deyir ki, guya yaxtada Eminə nəsə içirdiblər, amma orda biz ancaq fanta işmişik, onu da Emin mənə almışdı. Mən içmişəm, məndən sonra da Emin. Başqa heç bir qida qəbul etməmişik. Bizi oteldən bələdçi gəlib götürüb, bir neçə saat yaxtada olmuşuq”.
"Səhər iş yoldaşları ona xəbər vermişdi ki..."
E.Mövsümlü deyir ki, Emin dünyasın dəyişən gün səhər saat 09 radələrində restorana gedib yemək yeyiblər, hər şey normal olub. Emin hətta atasına da zəng edib, telefona cavab verməyib. Sonra anasına yığıb, o da telefonu açmayıb. Sonra otağa gediblər, Emin "idmana gedib 20 dəqiqəyə qayıdıram” deyərək otaqdan çıxıb. Təxminən 30-40 dəqiqə sonra otağa zəng gəlib. Eminin halının pisləşməsini xəbər veriblər. Aşağı düşəndə artıq təcili yardım gəlibmiş. Həmin vaxt Emin özündə olmayıb, sudurqa vəziyyətində imiş. Emini "Anadolu” özəl xəstəxanasına aparıblar, ondan sonra Emini cəmi bir dəfə, reanimasiyada 5 dəqiqəlik görə bilib.
"Eminin ölümündən az əvvəl valideynlərinə zəng etməyini bilirəm, amma nə danışdıqlarından xəbərsizəm. Bir şey olsaydı, Emin mənə deyərdi. Amma Eminin işdəki otağının boşaldılmasından xəbərim var idi. Səhər iş yoldaşları ona xəbər vermişdi, ona görə də Emin əsəbləşmişdi. Amma düşməninin kim olması barədə heç nə deməyib. Anasına nə deməsini də bilmirəm, yəqin aşağıda danışıb”-deyə E.Mövsümlü barəsindəki ittihamlara aydınlıq gətirdi.
Ölüm hadisəsi ilə Baş Prokurorluqda ifadə verdiyini deyən E.Mövsümlü bütün suallara cavab verdiyini bildirib. Deyib ki, Eminin izlənməsi ilə bağlı prokurorluqda ona heç bir sual verilməyib. 

"Bildirdi ki, onu öldürəcəklər, sonra isə məni" 
"Eminin xəstəliyi vardı. 2012-ci ildə ona ciyər köçürülmüşdü. Bundan başqa mədəsindən qanaxma ilə Türkiyəyə aparmışdılar. Eminin sonra qızdırması, gecələr qaşınması olurdu, yata bilmirdi, onu həkimə göstərmirdilər. Emin rəhmətə gedəndən sonra qaynatamgil məni evdən qovmaq dərəcəsinə çatdırmışdılar. Bəybala müəllim evdən çıxdığım gün, yanvarın 18-də mənə təhdidedici sözlər dedi. Bildirdi ki, onu öldürəcəklər, sonra isə məni. Guya nəyisə gizlədirəm. Bu ittihamlara dözə bilmədim, bildirdim ki belə yaşaya bilmərəm. Allah bilir ki, biz əşyalarımızı götürüb ordan necə çıxmışıq. Qaynanam və qaynatam məni təhqir edirdilər, guya Eminə xəyanət etmişəm. Kim olsa çıxıb gedərdi. Əgər Eminin ölümündə əlim varsa sübut etsinlər” - E.Mövsümlü bildirdi.
Mərhumun atası Bəybala Hüseynov isə iddia edir ki, oğlu zəhərlənərək öldürülüb. O, bu sui-qəsddə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininın rəhbər şəxsləri - rəis Kamran Əliyev və müavin Əli Nağıyevi ittiham edir. 

B.Hüseynov uzun müddət şirkət rəhbəri olub. 2005-2012-ci illərdə Badamdar bələdiyyəsinin sədri olub. Həmin müddətdə hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini işləyən Əli Nağıyevlə münasibəti yaranıb.və oğlu Emin Hüseynovun işə düzəldilməsində də onun rolu olub. B.Hüseynov deyib ki, Bakı Dövlət Universitetlnin hüquq fäkültəsində ali təhsilini başa vurmuş övladı Emini işə düzəltmək məqsədlə 2014-cü ildə əvvəllər Əli Nağıyevlə görüşüb fikirini ona çatdırıb və 200 min ABŞ dolları məbləğində pul qarşılığında oğlunu Ə.Nağıyevin rəis müavini olduğu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə işə düzəldib. Lakin oğlunun ölümündən bir neçə gün qabaq iş otağı boşaldılıb və bu, onda böyük şübhələr yaradıb. Daha sonra oğlu həyat yoldaşı ilə Türkiyənin Antalya şəhərinə istirahətə yollanıb. İstirahətinin bitməsinə bir gün qalmış, 18 avqust 2017-ci il tarixdə müəmmalı şəkildə ölüb.
Prokurorluq əməkdaşının müəmmalı ölümü ilə bağlı atasının ittihamlarına isə Baş Prokurorluq heç bir münasibət bildirməyib.

Загрузка...
Загрузка...

Xəbər lenti