Müdafiə Nazirliyinin eyni idarəsinin 2 rəisi həbs edildi

Müdafiə Nazirliyinin eyni idarəsinin 2 rəisi həbs edildi
Müdafiə Nazirliyinin sabiq idarə rəisi həbs edilib. Bu barədə Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, M.Şirvanov Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlundan əvvəl sözügedən vəzifədə çalışıb. M.Qurbanov da bir neçə gün əvvəl həbs olunub.

Xəbər lenti