Müdafiə Nazirliyi müharibədə həlak olanların yeni siyahısını yaydı

Müdafiə Nazirliyi müharibədə həlak olanların yeni siyahısını yaydı
 2908 nəfərin dəfn olunduğu, 6 nəfərin itkin düşdüyü bildirilir
Azərbaycan Müdafiə Nazirliyi II Qarabağ savaşında həlak olan hərbçilərin növbəti siyahısını yayıb. Siyahıda oktyabrın 21-dək dəfn edilən 2908 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi əksini tapıb.
Nazirlik 6 nəfərin itkin düşdüyünü bildirib: "İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir".
Müdafiə Nazirliyi sonuncu dəfə iyunun 14-də bu barədə məlumat yayıb. 2020-ci ilin sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında 44 günlük mübaribə başlayıb. Azərbaycan Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Xocavənd rayonunun bir həssiəsini geri qaytarıb. 10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan dövlət rəhbərləri tərəfindən imzalanan üçtərəfli bəyanatdan sonra Rusiya sülhməramlıları bölgəyə daxil olub, ardınca Ağdam, Kəlbəcər və Laçın rayonları boşaldılıb.

Xəbər lenti