Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı

Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
"2855 nəfər dəfn olunub, 50 hərbçi itkin düşüb"
Azərbaycan Müdafiə Nazirliyi II Qarabağ savaşında həlak olan hərbçilərin növbəti siyahısını yayıb. Nazirlik bildirib ki, yanvarın 18-dək 2855 nəfər dəfn olunub. Eyni zamanda, 50 hərbçi itkin düşüb.
Nazirliyin saytında onların foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub. Eyni zamanda, itkin düşən hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlərin davam etdirildiyi qeyd olunub.
Azərbaycan Müdafiə Nazirliyi sonuncu dəfə yanvarın 11-də həlak olan və itkin düşənlər haqda məlumat yaymışdı.

Xəbər lenti