Müdafiə Nazirliyi: Goranboy və Tərtər atəşə tutulub

Müdafiə Nazirliyi: Goranboy və Tərtər atəşə tutulub
 "Ağcabədinin Qiyaməddinli kəndinə də 4 ədəd mərmi atılıb"
Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtərin yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yaylb.
Nazirlik bu gün səhər saat 07:50-də Ağcabədinin Qiyaməddinli kəndinə qarşı tərəfdən 4 ədəd mərmi atıldığını qeyd edib. Məlumatda qeyd olunub ki, noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələri fasilələrlə atəşə tutulub.

Xəbər lenti