Müdafiə Nazirliyi: Erməni diversiya qrupunun komandiri əsir götürülüb Müdafiə Nazirliyi: Erməni diversiya qrupunun komandiri əsir götürülüb

Müdafiə Nazirliyi: Erməni diversiya qrupunun komandiri əsir götürülüb
Загрузка...
 Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, cəbhənin Goranboy istiqamətində atışma baş verib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, avqustun 23-də saat 05:45-də Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.
"Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib”,- məlumatda qeyd olunub.
Bildirilib ki, döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb. Müdafiə Nazirliyi cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyətin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib. 

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin məlumatlarını təkzib edir. Nazirliyin mətbuat katibi Şuşan Stepanyanın açıqlamasına görə, avqustun 22-də, saat 19:30 radələrində, döyüş məntəqəsini yoxlamaq üçün zabit Qurgen Alaverdiyan (Azərbaycan MN onu Qurgin Alberyan kimi təqdim edib) əlverişsiz hava şəraiti səbəbindən azıb və itkin düşüb: "Axtarışlar davam edir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı təxribat barədə məlumatlar isə dezinformasiyadır".

Xəbər lenti