Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlsdı. Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.
Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər. Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.

Xəbər lenti