"Mübariz Mənsimovu vətənpərvər kimi tanıyıram"

Загрузка...
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev martın 17-də Türkiyədə həbs edilən iş adamı Mübariz Mənsimovun həbsinə reaksiya verib. Criminal.az xəbər verir ki, V.Mustafayev azərbaycanlı iş adamının həbs xəbərini təəssüflə qarşıladığını deyib: 

"Mən Mübariz Mənsimovu tanınmış beynalxalq Palmali adlı böyük bir gəmiçilik konsernin rəhbəri, azərbaycanlı, gəmilərinin adını Bakhtiyar Vahabzade, Chingiz Mustafayev, Dahi Bül-Bül, General Shikhlinsky, General Hazi Aslanov, Heydar Aliyev, Ilyas Efendiyev, Ismayil Shikhly, Mammad Amin Resulzadeh, Mir Jalal Pashayev, Mubariz Ibrahimov, Nasibə Zeynalova, Poet Qabil, Riad Ahmedov, Shovket Alekperova, Zarifa Aliyeva, Zeynalabdin Tagiyev və s. tanınmış Milli xadimlər və Agdash, Agsu, Gobustan, Karabakh, Lankaran, Lerik, Masalli, Mugan, Murovdag, Nakhchivan, Shirvan, Shusha kimi şəhərlərin adları ilə dünya sularına buraxmış vətənpərvər kimi tanıyıram. Ümidvaram, inşallah ədalət zəfər çalar! ".

Xəbər lenti