Mübariz Mənsimova qarşı rəsmi ittiham irəli sürüldü

Mübariz Mənsimova qarşı rəsmi ittiham irəli sürüldü
Загрузка...
 İş adamı FETÖ ilə əlaqədə ittiham olunur
Türkiyədə saxlanılan Mübariz Mənsimova qarşı rəsmi ittiham irəli sürülüb. Türkiyənin "Anadolu” agentliyinin yazdığına görə, Mübariz Mənsimovun 7 ildən 15 ilə qədər həbsi istənilir. Mübariz Mənsimov "FETÖ - silahlı terror təşkilatına üzv olmaq”da ittiham edilir.
Bildirilir ki, 2015-ci ilin iyununda Türkiyədəki çevriliş cəhdi və ABŞ-da yaşayan Fəthullah Gülənlə Mübariz Məsimovun əlaqələri var. Mübariz Məsimov ona qarşı olan bütün ittihamları rədd edir və deyir ki, onun heç bir terror təşkilatı və Fətullah Gülənlə əlaqəsi yoxdur. İş adamının köməkçisi Fidan Quliyeva isə öz "Facebook” hesabında yazıb: "Mübariz bəyin dosyası bu gün İstanbul 27. Agir Cəza Məhkəməsinə göndərildi. İttiham aktı hələ məhkəmənin dəyərləndirmə mərhələsindədir. Dəyərləndirmə sonlandırılmadığından vəkillərə təqdim olunmur”.
Həbsindən əvvəl Mübariz Məsimov öz "İnstagram” hesabından Rövnəq Abdullayev və SOCAR rəsmilərini kəskin tənqid edirdi. Martın 20-də Mübariz Mənsimov həbsxanadan ictimaiyyətə müraciət ünvanlayıb. O, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Anar Alizadə (Aliyev – Arda Akın və ya başqa bir ad) və Azərbaycan dövlətinin içindəki bəzi adamların sifarişi, dəstəyilə ilə həbs edildiyini deyib.
SOCAR bu müraciətdən iki gün əvvəl - martın 18-də Mübariz Mənsimovun həbsi ilə bağlı adının hallanmasına etiraz olaraq bəyanat yayıb. Dövlət Neft Şirkəti ilə ortaq olan "Palmali” bir müddət əvvəl "Tekfen İnşaat”ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Razılaşma qarşılığında "Palmali” və "SOCAR” ortaqlığı 5 il ərzində "Tekfen İnşaat”a 37 milyard dollarlıq iş verəcək. Amma 2 il əvvəl "Palmali” Şirkətlər Qrupu SOCAR-la əlaqələrini dayandırıb və məhkəməyə verəcəyi haqqında məlumat yaymışdı. Mübariz Mənsimov 1968-ci ildə Bakıda doğulub. Bakı hərbi məktəbini bitirib. Hazırda illik dövriyyəsi 3 milyard dollar olan "Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var.

Xəbər lenti