Müasir Türkiyənin açılmayan qəzası - "Susurluq" hadisəsi Müasir Türkiyənin açılmayan qəzası -

Müasir Türkiyənin açılmayan qəzası -
Загрузка...
Abdulla Çatlının ölümündən 22 il keçməsinə baxmayaraq, qətl işi üzərindən sirr pərdəsi hələ də götürülməyib
Türkiyədə baş vermiş "Susurluq” qəzasının 22 ili tamam oldu. 1996-cı il noyabrın 3-də axşam saatlarında Türkiyənin Balıkəsir vilayəti ilə Bursa şəhəri arasındakı yolda Susurluq rayonunda avtoqəza baş verir. Əvvəlcə qəza sıradan yol-nəqliyyat hadisəsi kimi təqdim olunsa da, sonradan iş böyüyür. Çünki qəza nəticəsində həm də Türkiyədə dövlət, siyasət və yer altı dünyası arasında başlar ortaya çıxır. 

Qəzaya uğrayan avtomobildə məşhur mafiya lideri Abdulla Çatlı, polis rəisi Hüseyn Qocadağ və Doğru Yol Partiyasından millət vəkili Sədat Edip Bucaq olur. Sonradan əldə olunan faktlara əsasən Çatlı ilk anda sağ olsa da, onu hadisə yerinə gələnlər vurub öldürürlər. Məsələ ondadır ki, qəza vaxtı Abdulla Çatlı rəsmən axtarışda olub. Eyni zamanda "Susurluk” qəzasında ölən Abdulla Çatlının üzərindən çıxan silaha rəsmi icazənin birbaşa o zamankı daxili işlər naziri Mehmet Ağar tərəfindən verildiyi, imzanın ona məxsus olduğu ekspertiza tərəfindən təsdiqlənib.
"Susurluq” hadisəsi fərqli siyasi dairələrdə fərqli şəkildə yozulsa da, bu hadisə Türkiyədə bri sıra həqiqətləri gün üzünə çıxardı. Daha sonra bu mövzu "Kurtlar Vadisi” filmində də səhnələşdirilsə də, hər bir cinah buna öz maraqlarına uyğun şəkildə şərh edib. Çatlını mafiya lideri hesab edənlərlə yanaşı, onu bir xalq qəhrəmanı, terrora qarşı mübarizənin əsas qəhrəmanı hesab edənlər də var. 

Məsələ ondadır ki, Abdulla Çatlı və onun kimi bir qrup Avropada ötən əsrin ortalarında Türkiyə diplomatlarına qarşı sui-qəsdlərin qarşısının alınması, erməni terror təşkilatı ASALA-nın sıradan çıxarılmasında birbaşa rolu olmuş şəxslərdir. Bu hekayə isə xeyli diqqətçəkicidir. Abdulla Çatlı 1956-cı ildə Nevşəhirdə doğulub. 1974-1975-ci illərdə Ankaraya universitetdə təhsil alıb. Bu zaman Ülkü Ocaqları Dərnəyinə üzv olub və tezliklə təşkilatın rəhbərliyinə yüksəlib. 1997-80-ci illər arasında Türkiyədə davam edən solçu və milliyyətçilər arasındakı küçə savaşlarının ən fəal adamlarından biri olub, bir neçə nəfərin qətlində birbaşa və dolayısı ilə iştirakda ittiham olunaraq məhkum edilib.
1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra ölkəni tərk edərək Avropaya gedib. Bu həmin dövr idi ki, ASALA Avropada türkiyəli diplomatlara sui-qəsdlər təşkil edərək öldürürdü. ASALA terror təşkilatı 1975-ci ildə Livanda vətəndaş müharibəsi zamanı yaranıb. Livanın paytaxtı Beyrutda Fələstin Azadlıq Təşkilatının (FAT) da dəstəyi ilə Akop Akopyanın tərəfindən qurulan təşkilatın əsas ideyası "erməni ideyasının dünyaya tanıdılması” və erməni millətçiliyinin yüksəldilməsi olsa da, əsas işi terrorçuluq olub. 1980-ci ildə təşkilat ABŞ hökuməti tərəfindən terrorçu təşkilat siyahısına salınıb. 

Bundan başqa, ASALA ABŞ, Britaniya, Avstraliya, Kanada, Avropa Birliyinin və Rusiyanın müvafiq terror təşkilatları siyahısına salınıb. ASALA-nın ən aktiv terror fəaliyyəti 1975-85-ci illərdə türklərə qarşı olub. 10 il ərzində erməni terrorçuları 16 ölkədə əsasən Türkiyənin diplomatik nümayəndəliklərinə, səfirliklərə terror hücumları həyata keçirib. Bu ölkələrdə həyata keçirilən müxtəlif növ 84 terror aksiyası zamanı 46 nəfər ölüb, 299 nəfər isə yaralanıb. Ölənlərdən 33 nəfəri türk diplomatdır. 1983-cü ildə təşkilat parçalansa da, 90-cı illərdə Qarabağda gedən savaşda ASALA-nın bir çox fəalları, o cümlədən Monte Melkumyan iştirak edib. 1994-cü ildən sonra ASALA, ümumiyyətlə, zəifləyib. Bu isə mümkündür ki, Dağlıq Qarabağda yerləşən terrorçuların gizlənmək üçün uyğun məkan tapmaları ilə bağlıdır.
Qeyd edək ki, ASALA-ya əsas zərbəni Türkiyə kəşfiyyatı və könüllü millətçi gənclər (ülkücülər) vurub. 1980-ci illərdə ASALA Avropa və Amerika qitəsində Türkiyə diplomatlarına qarşı silsilə terror hücumları həyata keçirir. Buna qarşı Türkiyə kəşfiyyatı - MİT yeni bir taktika tətbiq edir. ASALA-nın "öz metodu” ilə özünü vurmaq. Bu məqsədlə türkiyəli gənclər cəlb olunur. O zamankı prezident Kənan Evrenin tapşırığından sonra MİT Avropada ASALA-nı "ovlamaq işinə” başlayır. Bu məqsədlə Avropadakı millətçi gənclərlə iş qurulur. Türk qisasçılarının İsveçrə, Fransa və Yunanıstanda ard-arda həyata keçirdiyi qisas əməliyyatları nəticəsində ASALA-nın, o cümlədən Daşnak Partiyasının ofisləri partladılır, bir çox liderləri, o cümlədən Akop Akopyan 1986-cı ildə öldürülür. 

Bundan sonra prosesin böyüyərək qanlı müharibəyə çevrildiyini görən Qərbi Avropa dövlətləri terrorun daha da böyüməməsi üçün ASALA və digər erməni qruplaşmalarına dəstəyi dayandırır. Fransada ASALA mərkəzinə keçirilən əməliyyatda isə sonradan əfsanəyə çevrilmiş Abdulla Çatlının adı gedir. A.Çatlı ASALA-ya qarşı 5 aksiyada iştirak edib. Avropadakı fəaliyyətləri Abdulla Çatlının gizli sənədlərdə, dövlət qurumları ilə birgə çalışdığı və milli maraqlara xidmət etdiyini göstərir. Məhz Çatlı və onun dostlarının Avropada apardığı gizli savaş nəticəsində erməni terroru məhv edilir, Türkiyə dövləti qisasını alır. Bu səbəbdən də Çatlının Avropadan geri döndükdən sonra Türkiyədə müəmmalı avtomobil qəzasında ölməsi onunla bağlı bir çox sirlərin açılmadığının göstəricisidir.
Загрузка...
Загрузка...

Xəbər lenti