Bakıda sevgilisini öldürən oğlan - ''Onu mənə vermirdilər''

Bakıda sevgilisini öldürən oğlan - ''Onu mənə vermirdilər''
Загрузка...

Bakıda cavan qızın küçənin ortasında qətlə yetirilməsinin təfərrüatları məlum olub. Nizami rayon Polis İdarəsindən Criminal.az-a verilən məlumata görə, bu gün saaat 09:30-da metronun "Qara Qarayev” stansiyası yaxınlığında 30 yaşlı qızı öldürən oğlan ağır cinayət törətməsinin səbəbini açıqlayıb. Bildirib ki, həmin qızı sevirmiş, lakin ailəsi onların evlənməsinə imkan verməyib. Qızın ailəsinin ''yox'' cavabına görə qızı öldürüb. 

Xətai rayonu ərazisində mağazalardan birində işləyən mərhuma bir neçə bıçaq zərbəsi vurulub. Onu öldürən oğlan isə neft şirkətində işləyir. 

Hələlik qətlə yetirilən xanımın, eyni zmanda qatilin adı açıqlanmır. Hazırda meyit müayinə üçün məhkəmə ekspertizasına göndərilib. 

Criminal.az

Xəbər lenti