''Hər il dövlətin 10 500 000 manatını kim mənimsəyir''- İki nazirə qarşı ittiham

''Hər il dövlətin 10 500 000 manatını kim mənimsəyir''- İki nazirə qarşı ittiham
Загрузка...

Dövlət hansı səbəbdən 206 ABŞ dollarına başa gələn gübrəni 391,9 manata alır? 

Criminal.az-a müraciət edən Azad adlı sahibkar Azərbaycanda istifadə edilən mineral gübrə növlərindən birinin qiymət təhlilini aparıb. Həmin təhlil olduğu kimi oxucuların diqqətinə çatdırırıq: ''Bu gübrə el arasında 34,4 %-lik Azot gübrəsi və ya Selitra kimi tanınır. Ədəbiyyatda isə adı Ammonim Nitrat gübrəsidir. Bu gübrəni biz Rusiya Federasiyasının Stavropol vilayətində yerləşən  Невинномысский АЗОТ zavodundan alırıq. 

Dövlət satınalmalar Agentliyinin məlumatına gorə “Aqrolizinq” ASC-nin 2015 ci ildə keçirdiyi 60,000 Azot gübrəsi tenderinin qalibi  Solo Trade Corporation LTD olub. Bu şirkət 1 tonunun qiyməti 391,9 manat olmaqlar 60 000 ton gübrə gətirilməsi üçün Aqrolizinq ASC ilə 23 514 876 AZN məbləğində müqavilə imzalayıb. Və bu muqavilə üzrə Rusiyanın Невинномысский АЗОТ zavodunun istehsalı olan gübrələrin Aqrolizinqə çatdırılmasını təmin edir. 

Aşağıdakı veb səhifələrdə Невинномысский АЗОТ istehsalı olan Ammonium Nitrat (Azot) gübrəsinin Rusiya topdan və pərakəndə satış qiymətləri göstərilib: 

http://nevinnomyssk.flagma.ru/selitra-ammiachnaya-marka-b-gost-2-2013-o1989499.html

http://kurganinsk.flagma.ru/ammiachnaya-selitra-meshkah-50-kg-o1614656.html

Buradan məlum olur ki 1 tonun ƏDV daxil qiyməti 13500 Rus Rubludur. Nəzər alsaq ki, ixrac olunan mallar ƏDV-yə cəlb edilmir və 18% ƏDV-ni çıxsaq (13500/1.18), o zaman bu gübrənin ixrac qiyməti 11440 Rus Rublu olur. Bu qiyməti mövcud məzzənə ilə hesablasaq 178 ABŞ dolları edir. Nevinomissk şəhərində Azərbaycan sərhəddinə məsafə 700 km-dir və ortalama 1 ton gübrənin daşınması üçün 28 ABŞ dolları nəqliyyat xərci vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə bütün növ mineral gübrələr idxal zamanı vergi və rüsumlarda azaddır, bu səbəbdən də hər hansı vergi və rüsum xərcləridə yoxdur. Yəni 1 ton gübrəni Azərbaycan maya dəyəri 206 ABŞ dolları edir.   

Görəsən 178 ABŞ DOLLARI + 28 ABŞ DOLLARI = 206 ABŞ DOLLARI-na başa gələn gübrəni Aqrolizinq ASC niyə 391,9 Manata alır? Kənd Təssərüfatı Naziri Heydər Əsədovun bundan xəbəri yoxdurmu? 60 000 ton gübrədə bu 10 500 000 manat fərq edir, görəsən bu fərqi kim mənimsəyir?  

                                                                                                                                                                               

Bu suallarla Aqrolizinq ASC-nin regional nümayəndəliklərinə müraciət etdikdə, bizə bildirdilər ki, ASC-yə gətirilən gübrələrin idxalını yalnız Kəmaləddin Heydərovun şirkətləri həyata keçirir və bu ilki tenderin qalibi Solo Trade Corporation LTD-də cənab Heydərova məxsusdur. Onun şirkətlərinə isə heç kim gözün qaşın var deyə bilməz. Sizdən bu sualları Heydər Əsədova ünvanlamağınızı xahiş edirəm. O da Kəmaləddin Heydərova heç bir söz deyə bilmir? Axı məlum müşavirədə ölkə rəhbəri dövlət vəsaitinin səmərəli xərclənməsini bütün nazirlərimizə tapşırib''. 

Məsələ ilə bağlı ''Aqrolizinq'' ASC-dən mövqe öyrənməyə çalışsaq da, telefon zənglərinə cavab verən olmadı. 

Criminal.az

Xəbər lenti