Bakıda ər yuxuda olarkən maskalılar evə girdi, arvadın...

Bakıda ər yuxuda olarkən maskalılar evə girdi, arvadın...
Загрузка...

Bakının Qaradağ rayonunda mənzillərdən birinə basqın olub. BAKU.WS-in məlumatına görə, gecə saat 03:00-da Lökbatan qəsəbəsində üzlərində maska, əllərində isə bıçaq və tapança olan 3 nəfər naməlum şəxs qəsəbədə 1-ci massiv 4-cü küçədə yaşayan 1965-ci il təvəllüdlü Hafiz Əmirxanovun və arvadı 1970-ci il təvəllüdlü Fatilə Orucovanın evdə yatmış vəziyyətdə olduqları zaman açıq qapıdan evə daxil olublar. 

 Quldurlar səsə oyanan F.Orucovanı digər otağa aparıb orada əl-ayağını və ağzını yapışqanlı lentlə bağlayıblar. Sonra qadına hədə qorxu gələrək evdən 1000 manat, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl üzük və mobil telefonu götürüb gediblər. Quldurlar evdən getdikdən sonra səhərə yaxın Hafiz Əmirxanov oyanıb arvadını digər otaqda əl-ayağı bağlı vəziyyətdə aşkar edib. Polis əməkdaşları hadisə yerinə baxış zamanı 1 ədəd alışqan tapança aşkar edərək götürüblər.

Criminal.az

Xəbər lenti