Göyçay sakini Bakı Metrosunda soyuldu

Göyçay sakini Bakı Metrosunda soyuldu
Загрузка...

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı Metropolitenində vətəndaşı soyan şəxs tutulub.

Criminal.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 29-da metronun “28 May” stansiyasında Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Rüstəm Rüstəmov Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü Kamran Əsgərlinin qol saatını soyğunçuluq yolu ilə talayıb.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəm Rüstəmov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti