"MTN işi"nin qurbanı olan sabiq polis rəisi: Mənə qarşı cinayət törətmiş generalların birini öldürəcəyəm!

05 Fevral 2022, 22:59
05 Fevral
2022
22:59
1002
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin cinayət işində zərərçəkmiş olan sabiq polis əməkdaşı Əfsəl Həsənəliyev ölkə başçısı İlham Əliyevə şikayət məktubu yazıb. Criminal.az həmin məktubu təqdim edir:
Möhtərəm cənab prezident,
Ömrümün 40 ilini hüquq mühafizə orqanlarında çalışmışam. Sonuncu iş yerim Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsi olub.
Hüquq mühafizə orqanlarında çalışdığım dövrdə mən dəfələrlə təltif edilmişəm, xidmətlərim DİN rəhbərliyi tərəfindən daima yüksək qiymətləndirilib. Mən dövlətimə, xalqıma vicdanla xidmət etmişəm. Təqaüdə çıxandan sonra isə bizneslə məşğul olub ailəmin, nəvələrimin rifahı üçün çalışmışam.
Hörmətli cənab prezident,
Sizə bu ərizəmlə müraciət edib baş vermiş cinayət və cinayətkarlar barəsində rəsmi olaraq məlumat vermək istəyirəm. Cinayəti gizlətmək və cinayətkarı məsuliyyətdən yayındırmaq özü də bir ağır cinayətdir.
Kecmiş baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubov mənə qarşı cinayət törədiblər və onların cinayətləri barəsində Sizə rəsmən məlumat vermək istəyirəm.
Mən, 10 ildir haqqımı tələb edirəm. 10 ildir prokurorluğa, məhkəmələrə üz tutub barəmdəki saxta, haqsız və əsassız ittihamla çıxarılmış hökmün ləğvini, məndən rüşvət kimi alınan pulumun, malımın qaytarılmasını tələb edirəm.
Möhtərəm prezident,
Bu gün mən, bu yaşımda evsiz eşiksiz qalmışam, məni eşidib dinləyən yoxdur.
Yatıb yuxuma da gəlməzdi ki, Eldar Mahmudov başına bir sürü quldur yığıb iş adamlarına qarşı amansız divan tutur. İş adamlarını girov götürüb ailələri başsız qoymaqla özlərinə var-dövlət toplayırlar.
2013-cü ildə məni MTN-ə dəvət edəndə ağlıma belə gəlməzdi ki, tam qanuni bir fəaliyyətə görə məni həbs edə bilərlər. Azərbaycan Respublikası ərazisindən tranzitlə keçən, müvafiq gömrük sənədləşməsi aparılan, 2 gömrük maşınının, gömrükçülərin nəzarəti ilə İrana aparılan yükü saxlayıblar. Gömrükçülərlə əlbəyaxa olub zorla, zor tətbiq etməklə həyasızcasına zorakılıqla yük maşınını onlardan almaqla MTN-in müvəqqəti saxlanc yerinə aparıblar.
Hansı ki, həmin mallar ölkə ərazisindən sadəcə tranzit qaydada keçirilib və bununla bağlı gömrük orqanlarında bütün rəsmi sənədləşmələr aparılıb. Bunu Gömrük Komitəsini sədr müavini, gömrük general-leytenantı Əsgər Abdullayevin o zaman MTN-in İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyevə ünvanladığı 25 sentyabr 2013-cü il tarixli məktubu da təsdiqləyir.
Möhtərəm cənab Prezident,
Həmin məktubunda Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev Mövlam Şıxəliyevə yazırdı ki, Əfsəl Həsənəliyev və digər saxlanılan şəxslər tam qanuni şəkildə, Gürcüstandan aldıqları malı Azərbaycan qanunları çərçivəsində, Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq yük daşımaları ilə bağlı müqavilələrə uyğun olaraq, tranzit haqqını ödəməklə İrana aparıb orada satmaq niyyətində olublar.
Əsgər Abdullayev də təsdiq edirdi ki, bizim bu hərəkətimizin adı cinayət yox, ticarət olub!
Başda Mövlam Şıxəliyev olmaqla başına yığdığı mütəşəkkil cinayətkar quldur dəstə bunu biləndən sonra nə ediblər?
İlk növbədə 1 yük maşını olan malımızı ələ keçirməklə İranda satılması nəzərdə tutulan yükü qaçaqmal elan edib özləri mənimsəyib Azərbaycan ərazisində satdırıblar!
Bu işdə Mövlam Şıxəliyevin cinayət ortaqlarının adlarını da yazıram: Mövlam Şıxəliyevin biznes şərikləri Çingiz Yəhya oğlu Ağayev və Yaşar Ülvü oğlu Cabbarov.
Bu gün də 660 min manat dəyəri olan malımızın harada olması sualı açıqdır. Araşdıran yoxdur, hüquqi qiymət verən yoxdur! Yenədə prokurorluq hayasızcasına cinayəti gizlətmək və cinayətkarı məhsulliyətdən yayındırmaqla məşquldurlar !!!
Möhtərəm cənab prezident,
Mən, rəhmətlik atanız, Heydər Əlirza oglu Əliyevin hakimiyyəti dövründə hüquq mühafizə orqanında çalışmışam. Onun sağlığında heç kəs cürət edib bu cinayətləri etməzdi, çəkinərdi, qorxardı. Bilərdi ki, təxirə salınmadan cəzaya çatdırılacaq.
Sizdən xahiş edərəm ki, bizdən zorla alınan malımızın harada olmasını müəyyən edilməsi üçün Baş Prokurorluğa tapşırıq verilsin, malımızı qaytarsınlar.
Bizə qarşı cinayət törətmiş, lakin bu gün istintaqa cəlb olunmayan keçmiş baş prokuror Zakir Qaralov, onun 1-ci müavini olmuş Rüstəm Usubov, MTN-də müstəntiq vəzifəsində işləmiş Nadir Mustafayev, elə orada İdarə rəisinin müavini olmuş Təhsin Ağayev istintaqa cəlb olunsunlar, cəzalarını alsınlar.
Bu adamlar bizə qarşı "qanlı cinayət” işlədiblər. Çünki bu adamların hərəkətləri nəticəsində heç bir günahı olmayan Cahangir Məmmədovun qanı axdı, dünyadan köçdü.
Zakir Qaralovla Rüstəm Usubov Mövlam Şıxəliyevin qanunsuzluğuna qol qoymasaydı, bizə qarşı cinayət baş tutmayacaqdı.
Ona görə də Zakir Qaralovla Rüstəm Usubovun da həbsini tələb edirəm. Bu adamlar da tamahları üzündən bizə qarşı cinayət törədiblər. Təhsin Ağayevlə Nadir Mustafayev də bizlərə qarşı cinayətin törədən mütəşəkkil cinayətkar quldur dəstənin əsas fəal üzvlərindən olublar.
Mən Zakir Qaralovun qəbulunda olanda mənim yanımda idarə rəisi Vüqar Nəsibovu ayağa qaldırıb bildirdi ki, Vəkillər Kollegiyasının sədri Anar Bagırova mənim adımdan tapşırın ki, Əfsəl Həsənəliyevin vəkilləri Xavər Həsənova Arif Həbibzadəni tapıb prokurorluga göndərsin, Əsfəl Həsənəliyevdən rüşvət alınması epizodu üzrə vəkillərin verdiyi ifadəni təkzib elətdir. Bu bəyəm cinayət deyil!
Əlimi yelləyib Zakir Qaralova dedim ki, siz MTN-də baş verən cinayəti araşdırmırsız, cinayəti ört-basdır edirsiz.
Zakir Qaralovun cinayətkar tapşırıgına icra etdilər, hər 2 vəkili tapdılar, onları da məcbur etdilər ki, ailəmdən alınan rüşvətin MTN-çilərə verilməsini təkzib etsinlər.
Eldar Mahmudov başda olmaqla Mövlam Şıxəliyevgil MTN-i cinayət, alver yuvasına çevirmişdilər. Mən özümü ermənilərin əlində olan girov hesab edirdim. Beləcə barəməzdəki qondarma, saxta cinayət işini Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Məhkəmənin sədri, hakim Kəramət Əliyev bizə qarşı saxta ittihamı hökmə çevirib bizi məhkum etmişdi.
Siz MTN-dəki cinayət yuvasını dağıdandan sonra Kəramət Əliyev məndən aldığı rüşvəti qaytardı. Əlimdə bunu edən səs yazıları, sübutlar var.
Hörmətli prezident,
5 ay həbsdə saxlamaqla mənim başıma müsibət açdılar. Başıma torba kecirib qolum qandallı gəzdiriblər. Sonda azad edilməyim üçün 100 min manatdan 50 min dollara endilər. O zaman müstəntiq Yasin Məmmədov öz xidməti otağında mənə bir sirr açdı. Dedi ki, sizin barənizdəki təqdimata Zakir Qaralovla Rüstəm Usubov qol çəkib imza atıblar. Ona görə də, pul verməsən, səni buradan heç kim buraxmayacaq. Onlara hesabları çatmasa, burada çürüyəcəksən. Yasin Məmmədov mənə deyirdi ki, pulu özün verə bilmirsənsə, bir pullu iş adamının adını çək, nişan ver, onu tutub 2 saata pulunu alaq, səndən əl çəkək.
Möhtərəm cənab prezident,
Bu adamların xisləti, mahiyyətləri budur. Təki pul alsınlar deyə hər cür naxələfliyə hazır idilər. Bu adamlar məni də, bütün zərərçəkənlər kimi xəstəlik adı ilə azad ediblər.
Məni məcbur etdilər ki, evimi "Unibank”a girov qoyum və pulu alıb MTN-dəki quldur dəstəyə verim.
Möhtərəm cənab prezident,
Bu gün də ağır, çətin vəziyyətdəyəm. Mənə vurduqları maddi və mənəvi ziyana görə Zakir Qaralovun, Rüstəm Usubovun, Təhsin Ağayevin, Nadir Mustafayevin də Mövlam Şıxəliyev və Yasin Məmmədov kimi istintaqa cəlb edilərək çox sərt şəkildə cəzalandırlmalarını tələb edirəm.
Əks halda, yaşımın bu çağında mənə qarşı cinayət törətmiş şəxslərlə bağlı özüm tədbir görməli olacağam. Mənə qarşı cinayət törətmiş generalların birini öldürəcəyəm.
Hörmətli prezident,
Pulumun, malımın qaytarılmasına köməklik etmənizi, təmiz adımın qaytarılmasını, barəmdə çıxarılmış saxta hökmün ləğv edilməsini Sizdən xahiş edirəm.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
Manşet, Cəmiyyət
Bakıya yeni prokuror təyin edildi
-
Manşet, Cəmiyyət
Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
Manşet, Cəmiyyət
Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
Manşet, Cəmiyyət
Elmira Axundova haradadır?
-
Manşet, Cəmiyyət
Qubad İbadoğlu: “Putin üçün gözlənilməz nəticələr…”
-
Manşet, Cəmiyyət
Eldar Həsənovun övladları prezidentə müraciət etdi
-
Manşet, Cəmiyyət
"Bəyannamənin həyata keçirilməsi, müşküldür, çünki..."
-
Manşet, Cəmiyyət
Kürdəmirə də yeni başçı təyin olundu