NİDA-çıların həbs xəbəri yayıldı - FOTO

NİDA-çıların həbs xəbəri yayıldı - FOTO
Загрузка...

“NİDA” Vətəndaş Hərəkatının üzvlərinin polis tərəfindən saxlanılması haqda xəbər yayılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə hərəkatın üzvü Zaur Qurbanlı məlumat yayıb. O, NİDA-çıların Bakı Şəhər Baş Polis İdarəsində saxlanıldıqlarını qeyd edib. Hərəkatın digər üzvləri isə tutulan “NİDA” üzvlərinin bəzilərinin adını da qeyd ediblər. Onlar Bəhruz Səmədov və Rabil Heydərovdur. Yayılan məlumata görə, hərəkat üzvləri dünən keçirilən parlament seçkilərində seçki bülletenlərini etibarsız hala salmaqda təqsirləndirilirlər.

 Qeyd edək ki, seçki bülletenlərinin lağa qoyulması ilə bağlı fotolar dünəndən sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub.  Tutulan NİDA-çılar artıq sərbəst buraxılıblar. Bu haqda hərəkatın digər üzvləri məlumat yayıblar.

Criminal.az

NİDA-çılarınNİDA-çılarınNİDA-çılarınNİDA-çıların
Загрузка...
Загрузка...

Xəbər lenti