Bakıda oğurluq edən şəxs yaxalandı - FOTO

Bakıda oğurluq edən şəxs yaxalandı - FOTO
Загрузка...

Bu gün saat 13:30 radələrində PPX əmkdaşları və mülki geyimli şəxslər oğurluqda şübhəli bilinən  şəxsi qoluqandallı şəkildə adıçəkilən mağazaya gətiriblər. Mağazanın içərisində oğurluq edən şəxslə 10-15 dəqiqə söhbət aparılıb və təhlükisizlik kamerasına baxış keçirilib.

Criminal.az musavat.com-a istinadən xəbər verir ki, polis əməkdaşı oğrunun kimliyini deməsə də, oğurluq faktının olduğunu təsdiqləyib: "Oğurluq hadisəsi bir neçə ay öncə baş verib. Bizə adını deməyə icazə yoxdur. Lakin onu deyə bilərəm ki, kompüter oğurlanıb və həmin şəxsin dediyinə görə, bu mağazaya satılıb. Daha ətraflı informasiyanı mətbuat xidmətindən ala  bilərsiniz.

Kompüter mağazasının satıcısı isə bildiridi ki, oğurluq malın satıldığı yer bura olsa da, lakin baş verən oğurluq hadisəsi zaman burada olmayıb: "Təqribən bir aydır ki, kompüter mağazasını icarəyə götürmüşəm. Hadisə bizdən əvvəl baş verib. Bildiyimə görə, kompüter ya da telefon oğurlanıb".

Criminal.az

BakıdaBakıdaBakıdaBakıda

Xəbər lenti