Bakıda “Milli Ön” ödəmə terminalından oğurluq oldu

Bakıda “Milli Ön” ödəmə terminalından oğurluq oldu
Загрузка...

Bakıda “Milli Ön” ödəmə terminalından oğurluq olub. Criminal.az-ın xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yaıb.

Belə ki, Bakı şəhər sakini Andrey Pavlenko Xocalı prospektində quraşdırılmış “Milli Ön” ödəmə terminalından 1100 manat oğurlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Pavlenko tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti