Bakıda polis piyadanı vurdu - 24 yaşlı gənc öldü

Bakıda polis piyadanı vurdu - 24 yaşlı gənc öldü
Загрузка...

Bakının Ziya Bünyadov prosopektində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Criminal.az musavat.com-a istinadən xəbər verir ki, qəzanı törədən polis əməkdaşı olub. Nəsimi Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünün polis serjantı 1979-cu il təvəllüdlü Müşfiq Eminov idarə etdiyi "Mercedes E-200" markalı 90 ZD 769 dövlət nömrə nişanlı avtomobillə piyadanı vurub.

 Piyada Bakı sakini, 1991-ci il təvəllüdlü Murad Abıyev olub. Ağır yaralanan piyada 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. M.Abıyevə tibbi yardım göstərsələr də onun həyatını xilas etmək mümkün olmayıb.

Criminal.az

Xəbər lenti