Biznesmen beynəlxalq axtarışa verildi

Biznesmen beynəlxalq axtarışa verildi
Загрузка...

Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan daha bir biznesmeni axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 57 yaşlı Nəsib Həsənov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, N. Həsənov bizneslə məşğul olurmuş.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda iş adamı İnterpol xətti ilə axtarışa verilib.

Criminal.az

Xəbər lenti