MTN generallarının məhkəməsi oldu

MTN generallarının məhkəməsi oldu
Загрузка...
Bakı Ali Məhkəməsində həbsdə olan MTN generalları Sübahir Qurbanov, polkovnik Füzuli Əliyev, Natiq Alıyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fərhad Əliyevin icraatında olan prosesdə hər 3 şəxs şikayətini geri götürüb. Zərərçəkən İlqar Əliyevin nümayəndəsi isə şikayətinə baxılmasını xahiş edib. Onun iddiası üzrə məhkəmə işi avqustun 1-də keçiriləcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, polkovnik Füzuli Əliyev 14 il, Natiq Alıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onların apellyasiya şikayətləri təmin edilməyib. Təqsirləndirilən şəxslərin hərbi rütbələrindən azad olunmaları üçün müvafiq qurumlara təqdimat verilib.
Загрузка...
Загрузка...

Xəbər lenti