Silahlı davanın şahidi danışdı - ''Qəfildən tapança səsi gəldi, 2-3 dənə də mənə atdı" - FOTO

Silahlı davanın şahidi danışdı - ''Qəfildən tapança səsi gəldi, 2-3 dənə də mənə atdı
Загрузка...

Mingəçevirdə məcburi köçkün öz həmyerlisini güllələyib. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, Ağdam rayonundan məcburi köçkün olan 31 yaşlı Şakir Əhmədov həmyerlisi Bəxtiyar Rəhimov qəsəbənin ərazisində olan mağazanın arxasına çağırıb. Bir neçə dəqiqə sonra atəş səsi eşidilib. Sinəsindən iki güllə yarası alan Bəxtiyar Rəhimov yerə yıxılıb. 

Hadisə məcburi köçkünlər üçün salınan qəsəbədə baş verib Daha sonra atəş səsini eşidib onlara tərəf qaçan Bəxtiyar Rəhimovun qardaşı Rövşən Rəhimovu da güllələyib. Güllələrdən biri Rövşənin ayağına, digəri isə əlinə dəyib.

 "Durub söhbət edirdik. Qardaşım da məndən 2-3 metr aralıda söhbət edirdi ayrı bir uşaqla. O da keçdi, salam əleyküm etdi. Elə qəfildən tapança səsi gəldi. Mən yüyürdüm 2-3 dənə də mənə atdı", - Rövşən Rəhimov bildirib.  Mərhumun qardaşı Rövşən Rəhimov ölümdən son anda canını qurtarıb Şakir Əhmədov hadisə yerindən qaçıb. 31 yaşlı Bəxtiyar Rəhimov Mingəçevir Mərkəzi xəstəxanasına çatdırmaq istəsələr də o yolda dünyasını dəyişib.  

 Bəxtiyar Rəhimov - qətlə yetirilən şəxs

 Rövşən Rəhimova tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Mərhumun atası Elmidar Rəhimovun sözlərinə görə, əvvəllər oğlanları ilə hadisəni törədən şəxsin arasında heç bir münaqişə yaşanmayıb. Əksinə uzun müddətdir qonşu kimi normal münasibətləri olub.

  "Onların bir ədavəti olmayıb. İkisi də cavandırlar. Nə isə bəlkə sözləri çəpləşib deyə bilmərəm. O, 8-ci binada olur, mən 9-cu" - deyə mərhumun atası Elmidar Rəhimov bildirib. Mərhum Bəxtiyar Rəhimov ailəli olub. İki azyaşlı iki övladı var.  

Hadisə zamanı dünyasını dəyişən Bəxtiyar Rəhimovun atası və övladları

 Qəsəbə sakinlərindən əldə etdiyimiz məlumata görə, qətildə şübhəli bilinən Şakir Əhmədov Mingəçevir şəhərində yerləşən Ağdam köçkün məktəblərinin birində fizika müəllimi işləyir. 

Mingəçevir polisindən əldə etdiyimiz məlumata görə, hadisədə istifadə olunan silah kustar üsulla hazırlanmış tapança olub. Hazırda polis Şakir Əhmədovun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Criminal.az

SilahlıSilahlıSilahlıSilahlı

Xəbər lenti