MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət

15 Mart 2022, 13:45
15 Mart
2022
13:45
1312
İbrahim Zeynalov: "Torpaq sahəsini əlimdən alanda Mövlam Şıxəliyevin oğlu dedi ki, biz sənin maşınlarına həmişə həsrətlə baxmışıq”
"...Almaniyada sərgidəydim. Ora tamam başqa iş dalınca getmişdim. Baxdım ki, bir xalça toxuyan makina nümayiş etdirilir, 8 rəngli iplə gözəl xalça toxuyur. Makina çox xoşuma gəldi. Elə oradaca makinanı istehsal eləyən şirkətin nümayəndəsi ilə danışdım, sövdələşdim. 3 milyon 500 min avroya bu gözəl makinanı Azərbaycanda quraşdırmaq üçün il yarım vaxt, beh kimi də 1 milyon avro istədi. 6 aya quraşdıracaqları şərti ilə behi elə oradaca verdim...”
***
1999-cu ildən bu yana mətbuatdayam. Çox böyük məbləğlərdə rüşvət tələb olunması faktları haqda eşidib, araşdırıb, yazmışam. Ötən illər ərzində 8 milyon dollar rüşvət tələb edilib alınması faktına rast gəlməmişdim. Eldar Mahmudovun baş istintaqçısı Mövlam Şıxəliyev və digərilərinin cinayət işində belə bir fakt var! Hazırda iş üzrə 36 zərərçəkəndən biri olan İbrahim Zeynalov məhz 8 milyon dollar verməklə canını Eldar Mahmudovun bandasının əlindən qurtara bilib!

***
Həbsinə qədər İbrahim Zeynalov Azərbaycanda tanınan, adlı-sanlı iş adamlarından olub. Yolu MTN zindanında girovluqdan keçən bir çox iş adamları kimi İbrahim Zeynalovun da həyatı alt-üst olub. Həbsinə qədər zavod, fabrik, sexlərin və bir çox varidatın sahibi olan İbrahim Zeynalov hazırda bəlkə də Allahın da unutduğu, yolu-izi itmiş bir kəndin kənarında, vaqonda yaşayır. Ayaqlarında problemlər var. Deyir ki, Eldar Mahmudovun bandası ilə üz-üzə gələndən sonra həyatı zəhərə dönüb. Övladlarını, həyat yoldaşını itirib. Ümidini isə itirmir.
Neftçalanın mərkəzindən 2-3 kilometr aralıda yerləşən Kürkənd kəndindəki vaqonda ona qarşı cinayət törədənlərin cəzalandırılacağı günü gözləyir.

***
İbrahim Zeynalov danışır: "2008-ci ilin 19 dekabrı idi. Evimə gəldilər, məni MTN-ə apardılar. Bir də oradan 7 ay 17 gün sonra çıxdım. Məni MTN-ə aparmazdan ay yarım əvvəl o zaman deputat olan Ziyad Səmədzadə ilə bir söhbətimiz olmuşdu.
Ziyad mənim evimin daimi qonaqlarından olub, çörək kəsmişdik, dostluq eləyirdik. Həmişə cibinə pul qoyurdum. Tədbirlərə gedəndə, kiməsə hədiyyə vermək lazım olanda köməklik edirdim. Qızıl saat verirdim, xaricə səfərləri zamanı gediş-gəlişinin pulunu ödəyib, xərclik verirdim. Yadıma düşmüşkən, bunu da deyim. Bir gün də Ziyad Səmədzadə gəldi ki, bəs bir akademik var, Əhməd Mahmudov, onun kitabını çıxarmaq lazımdır. Kitabın çapı üçün 25 min dollar pul istədi, verdim. Dedi ki, kitabı Almaniyada çap etdirəcək. O zaman Əhməd Mahmudovun kim olduğunu bilmirdim. Sadəcə, Ziyad istəmişdi deyə, o pulu vermişdim. Bir müddət sonra gəldi, mənə kitabı və kitabın təqdimatına dəvətnaməni verdi. Sözün düzü, işim başımdan aşırdı, kitabın təqdimatına gedə bilmədim.

Ziyad Səmədzadə ilə münasibətlərim çox yaxşıydı deyə, evimin içinə gəlib gedirdi deyə, mənim işlərim haqda da məlumatı vardı. Hətta qızının villasını da təmir elətdirmişdim. Mən Almaniyadan xalça toxuyan makinanı sifariş edəndən sonra bankdan kredit götürmək istəyirdim. Ziyad Səmədzadə də dedi ki, Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə 3 milyon manat kredit xətti açdıra bilər. Bundan əvvəl özüm cəhd etsəm də, mənə kredit verməmişdilər.
Ziyad Səmədzadə deyəndən sonra həmin 3 milyon manatı ayırdılar. İlk vaxtlar kreditdən imtina etmək istədim, düşündüm ki, öz imkanlarımı tam səfərbər edib fabriki quraram. Ziyad Səmədzadənin israrlarından sonra gedib o krediti götürdüm. 10 faizini də qaytarıb Ziyad Səmədzadəyə verdim.
Fabrik işə düşəndən sonra Ziyad Səmədzadə gəldi ki, fabrikin 51 faizini mənim adıma keçir. Razılaşmadım, aramızda narazılıq oldu. Dedi ki, sənin başına oyuna açacağam. Heç ağlıma gəlməzdi ki, o, mənə qarşı belə bir naxələflik edər. Məni tutdurar, sifariş edər!
410f4977-51be-4374-be6b-88e0696b28d1.jpg (118 KB)
İbrahim Zeynalov
Məni MTN-ə aparandan sonra bir qadın üzümə durdu. Həmin qadına dedirtdilər ki, guya mən ondan 1250 manat rüşvət almışam. Həmin vaxt formal olaraq Prezident Administrasiyasının təsərrüfatlarından birinin rəhbəri idim. Mənim bu vəzifəyə heç ehtiyacım yox idi. Oranı mənə sırf ayağa qaldırmaq, təsərrüfatı bərpa etmək üçün vermişdilər. İş adamı idim, zavodum, fabrikim, sexlərim və başqa bizneslərim vardı. Bu qadın da iddia eləyirdi ki, guya ondan 1250 manat rüşvət almışam. Mövlam Şıxəliyev, Yasin Məmmədov o qadını mənim üzümə dayandırmışdılar. 7 ay 17 gün məni o şər ittihamla həbsdə saxladılar. Mövlam Şıxəliyev məndən 10 milyon dollar pul istəyirdi. Yasin Məmmədov deyirdi ki, pulu verməsən səni "kars”a salacağıq. Heç o zaman "kars”ın nə olduğunu bilmirdim. Mən həbsdə olanda ailəmə də təzyiqlər göstəriblər, övladlarımı hədələyiblər. Mən orada olanda Mövlam Şıxəliyev bilirdi ki, Eldar Mahmudovun atasının kitabının çapı üçün Ziyad Səmədzadəyə 25 min dollar vermişəm. Evimdə axtarış aparanda həmin o kitabı və kitabın təqdimatına dəvətnaməni də götürmüşdülər. Özlərini elə apardılar ki, guya heç bunu bilmirlər.

Mən həbsdə olanda uşaqlarım zavodu da, həmin o xalça fabrikini də, sexləri də, evlərini də, maşınlarını da, qızıl-zinət əşyalarını da, bağlarını da, bir sözlə, nə var idisə, hamısını satıb pulunu yığıb Eldar Mahmudovun cinayətkar quldur dəstəsinin tələb etdikləri 10 milyondan 8 milyon dolları verdilər.
Bunlar pulu alandan sonra bir həkim çağırdılar, o da yazdı ki, MTN-dən bu gün buraxılmasam, guya öləcəyəm. Beləcə, 2 avqust 2009-cu ildə məni azad etdilər. Amma yenə də əl çəkmədilər. Aeroportun arxasında 4 hektar torpağım qalmışdı, onu da Mövlam Şıxəliyevlə Yasin Məmmədov əlimdən aldılar. Yasin torpağı 3 qadının adına keçirdi. Mövlam Şıxəliyevin oğlu Elgün torpağa özü gəlmişdi. Məni gördü, dedi ki, bağda qonşu olmuşuq, biz sənin maşınlarına həmişə həsədlə baxmışıq.
Düz deyirdi. Biznesimdən əldə etdiym gəlirlərlə yaxşı maşınlar alıb sürürdüm. Məni MTN-ə aparanda maşınımı da aparmışdlar. Maşından Dubaydan 7 min dollara aldığım təsbehi, 888 nömrə nişanını da oğurlamışdılar. O zaman mənim bağ evim olanda, Mövlam Şıxəliyevin yaxınlıqda balaca bir daxması vardı. Oğlu da məni o zamandan tanıyırmış. Torpağı Yasinlə ölçüb-biçib öz aralarında böldülər. Mövlamın oğlu Elgün badam ağaclarının altında oturub badamdan sındırb yeyir, mənim maşınlarımdan ağızdolusu danışırdı. O torpağı da onlara təhvil verdim. Qızım da, oğlum da hədələrdən keçirdikləri streslərə görə vaxtsız dünyalarını dəyişdilər. Həyat yoldaşım da uşaqlarımızın ölümünə dözmədi, dünyasını dəyişdi.

Mən həbsdən çıxandan sonra 1 evim qalmışdı. Onu da dostuma verdim. Çünki həbsdə olduğum zaman uşaqlarıma gətirib 2 milyon dollar pul vermişdi. Ondan sonra da evsiz qaldım. Belə qərara gəldim ki, Neftçalaya köçüb burada yaşayım. Bu vaqon bibim oğlunundur, mənə yaşamağa verib. 280 manat pensiya alıram.
Allahın bu gününə şükür eləyirəm. Mövlam Şıxəliyevin, Yasin Məmmədovun mənə qarşı etdiklərinə görə cavab verdikləri günü mənə nəsib etdi. Ayaqlarım ağrıyır, amma onların məhkəməsinə mütləq gələcəyəm. Üzlərinə, gözlərinin içinə baxmaq istəyirəm..."
***
İbrahim Zeynalovdan Ziyad Səmədzadə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib-etməməsini də xəbər aldım.
Cavabı qısa oldu: "74 yaşa çatmışam, həyatın hər üzünü görmüşəm. Bu günə qədər kəsdiyim çörəyə naxələf çıxmadım, yalan danışmadım. Bundan sonra da dəyişən deyiləm...”
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Video, Dosye
MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
Manşet, Foto, Video, Dosye
Eks-deputatın oğlunu dəhşət saçan ölüm işinə pərçimləyən ifşaedici suallar – QATI AÇILMAYAN CİNAYƏT
-
Manşet, Foto, Video, Dosye
Həkim ailəsindəki dəhşətli qətlin sifarişçisi kimdir? - "Nərmin cinayəti" ilə oxşar SENSASİON PARALELLƏR
-
Sənəd, Manşet, Foto, Video, Dosye
Deputat oğlu həbsdəki dələduz şərikinə ayda 500 manat göndərməyə boyun olub – 8 milyonluq dələduzluq işinin sirri açılır
-
Sənəd, Manşet, Foto, Video, Dosye
“Meyidini sellofanda basdırdılar, mollanı qorxutdular ki, ona namaz qılmasın, xaindi” – Tankçı Mirzəliyevin dəhşət saçan ölümü
-
Manşet, Foto, Video, Dosye
ANS-in aparıcısı öldürən qardaşının fotolarını yaydı: "Hakim qardaşımı işgəncə ilə öldürən qatilə..."