“MTN çetesi”nin “sahibkar ovu”nda ilginc detallar

“MTN çetesi”nin “sahibkar ovu”nda ilginc detallar
Загрузка...
"Mahmudovçular” iş adamını ermənilərlə işbirliyində ittiham edib, sərbəst buraxıblar – təfərrüat...
Bakı Apelyasiya Məhkəməsində "MTN işi” üzrə təqsirləndirilən 7 nəfərlik qrupun şikayətinə baxılır. Prosesdə elə məqamlar üzə çıxır ki, araşdırılmadan üzərindən sükutla keçilir. Halbuki üzə çıxan məlumatlar olduqca ilgincdir.
Məsələn, Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq MTN generalları - ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanov, Monitorinq Mərkəzinin rəhbəri Teymur Quliyev, Əməliyyat-Texniki İdarənin rəisi Natəvan Mürvətova və onların tabeliyində işləmiş 7 nəfərin işi üzrə son prosesdə azərbaycanlı iş adamının Türkiyədən Ermənistana mal yollaması, pul qazanması epizodu haqda danışılıb.
Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini olmuş Füzuli Əliyevin vəkili İqbal Həsənov zərərçəkmiş, "Arazplast” MMC-nin rəhbəri Elman Muradovun qanunsuz saxlanması, MTN əməkdaşları tərəfindən döyülməsi, ofisdəki seyfdən götürülmüş 80 min manatının qaytarılmaması barədə ittihamda yazılanlarla razı olmadığını deyib. 

Bildirib ki, zərərçəkənin şikayəti əsassızdır. Müdafiəçinin sözlərinə görə, zərərçəkmişin erməni iş adamı ilə münasibətləri barədə MTN-də informasiya olub. Ona görə axtarış aparılıb və bu zaman Türkiyədən Ermənistana mal daşınması barədə qaimələr tapılıb. Həmin vaxt seyfdən 80 min götürülməsi isə yalandır, çünki orada heç həmin məbləğ olmayıb.
Vəkil qeyd edib ki, hələ axtarışdan əvvəl MTN-ə daxil olmuş məlumatlarla əlaqədar E.Muradovun ölkədən çıxışına qadağa qoyulub, şirkətlə bağlı araşdırmalar üçünsə nazir Eldar Mahmudov Vergilər Nazirliyinə məktub göndərilib: "Bu, Eldar Mahmudovun nazir olduğu dövrdə, qüdrətli vaxtlarında ondan şikayət etmişdi”. Maraqlıdır ki, Elman Muradov bu gün azadlıqdadır. Əgər onun Ermənistanla əlaqələrini təsbit edən sənədlər ortada olubsa, onu necə sərbəst buraxıblar? Pul qarşılığındamı? Və ya başqa səbəbmi olub? Məhkəmələrdə belə məqamların üzərindən sükutla, araşdırma aparmadan keçirlər. Səbəb nədir, bilinmir... Ümumiyyətlə isə vəkillər iddia edir ki, "MTN işi” üzrə məhkəmə prosesləri qanunların tələb etdiyi qaydalara tam əməl edilmədən aparılır. Tərəflərin iddia, ittihamları da araşdırılmır. Elə sonuncu prosesdə F.Əliyevin vəkili deyib ki, zərərçəkmişlərin bir neçəsi qərəzli şəkildə, qisas almaq üçün həqiqətə uyğun olmayan ifadələr verirlər. Bəzilərini isə heç nədən xəbərləri olmadan çağırıb ərizələrə qol çəkdiriblər. Sonra da həmin ərizələrdən ittiham tərəfi istifadə edib. Vəkillər bildirib ki, cinayət işinin materialları arasında təqsirləndirilən şəxslərin bir neçəsinin ifadələri, ekspertiza rəyləri yoxdur. Məhkəmə də belə vacib materiallar olmadığı halda hökm çıxarıb. Apelyasiya Məhkəməsi də sorğu göndərərək onları almaqdan imtina edib.
Vəkil İ.Həsənov isə bildirib ki, təqsirləndirilən şəxslər Sübahir Qurbanova, Füzuli Əliyevə, Natiq Alıyevə və Zaur Məmmədova "Maqnit” mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayevdən hədə-qorxu ilə 250 min manat pul almaları barədə ittiham verilib. Lakin belə hadisə olmayıb. Vəkilin dediyinə görə, heç S.Abdullayev "Maqnit”in sahibi də deyil, özü birinci instansiya məhkəməsində dindiriləndə belə ifadə verib. 

Xatırladaq ki, 2015-ci il oktyabrın 17-də MTN-də keçirilən əməliyyat nəticəsində nazir Eldar Mahmudov vəzifəsindən azad olunub, nazirliyin 5 generalı Akif Çovdarov, Natəvan Mürvətova, Sübahir Qurbanov, Teymur Quliyev və Elçin Quliyev, daha 16 nəfər müxtəlif rütbəli əməkdaşı saxlanılıb. Onlardan yalnız Natəvan Mürvətova ev dustaqlığında olub. MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev isə həbsindən 2 ay sonra Bakı İstintaq Təcridxanasında(BİT) intihar edib. Həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. MTN-in Monitorinq İdarəsinin rəisi Teymur Quliyev, Əməliyyat Texniki İdarənin rəisi Natəvan Mürvətova və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov 7 nəfər əməkdaşları ilə birlikdə məhkəmə qarşısına çıxarılıb. Müxtəlif iş adamlarının əmlaklarını, pullarını hədə-qorxu ilə əllərindən almaqda, onları bu məqsədlə qanunsuz olaraq, MTN-ə gətirib orada saxlamaqda, qanunsuz telefon dinləmələrində, əməliyyatlara ayrılmış vəsaitləri mənimsəməkdə təqsirləndirilən Sübahir Qurbanov və müavini Füzuli Əliyevə 14 il, Teymur Quliyevə 12 il, Zaur Məmmədov və Natiq Alıyevə 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevə isə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.
Anar Şirəliyev və Eşqin Əliyevin cəzası başa çatıb və onlar buraxılıblar. Natəvan Mirvətova, Fərhad Atayev və Elşad Əzizova isə şərti cəza verilib. Növbəti proses noyabrın 29-da keçiriləcək.
Загрузка...
Загрузка...

Xəbər lenti