"MSK və "Azərpoçt" birlikdə ciddi hüquq pozuntusuna imza atırlar"

Загрузка...
Mərkəzi Seçki Komissiyası və "Azərpoçt" birlikdə ciddi hüquq pozuntusuna imza atırlar. Seçki şikayətlərinin poçtla göndərilən önəmli bir hissəsini Mərkəzi poçtda tutub saxlayırlar. Bu barədə Criminal.az saytına hüquqşünas Ələsgər Əhmədoğlu məlumat verib. Hüquqşünasın sözlərinə görə, fevralın 12-dən göndərilən şikayət hələ də poçtda gözləyir.
"Bunun adı nədir? Məktubları mübadilə məntəqəsində saxlayırlar. Mənə müraciətlər var. Poçtun verdiyi kodla sistemdə eyni mənzərəyə rast gəlirəm"-deyə Ə.Əhmədoğlu qeyd edib.
Məsələyə "Azərpoçt" hələl də aydınlıq gətirməyib.  



Xəbər lenti