MSK qarşısında aksiya, deputatlığa namizədlər saxlanılıb MSK qarşısında aksiya, deputatlığa namizədlər saxlanılıb MSK qarşısında aksiya, deputatlığa namizədlər saxlanılıb

MSK qarşısında aksiya, deputatlığa namizədlər saxlanılıb
Загрузка...
Polis qüvvələri MSK binası qarşısına gələn vətəndaşları kütləvi şəkildə tutulmasına başlayıb. Saxlanılanlar arasında saxtakarlıq barədə şikayətlərinə cavab almaq üçün gələn deputatlığa namizədlər də var.
Bir neçə nəfər deputatlığa namizəd "Azad seçkilər!” süarları səsləndirərkən polis tərəfindən tutulub. MSK ərazisinə və ona bitişik küçələrə bir neçə yüz adam toplanıb və insanlar gəlməyə davam edir. Etirazçılarla dolu avtobuslar hadisə yerindən uzaqlaşırlar. 
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar. Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.  





Xəbər lenti