Moskvanın "Butırka" həbsxanası bağlanır

Moskvanın
Загрузка...
 Rusiya Federal Penitensiar Xidmətindən Valeriy Maksimenko bildirib ki, Moskva şəhərində yerləşən "Butırka” və "Presnya” adlı istintaq təcridxanaları bağlanacaq.
Bu iki istintaq təcridxanalarının bağlanması qərarı qətidir. Lakin Maksimenko istintaq təcridxanaların nə zaman bağlanacağı barədə məlumat verməyib. Ruslar 'Avropa' standartlarına uyğun yeni həbsxana tikəcəklərini deyirlər.
Maksimenko bildirib ki, onların əvəzinə Moskva şəhərinin büdcəsindən olan vəsaitlə 5000 nəfərlik "Avropa standartlarına uyğun” təcridxana tikiləcək. Tikinti işləri 2019-cu ilin yanvarında başlamalıdır. "Butırka” istintaq təcridxanası Moskva şəhərində məhbuslar üçün ən böyük istintaq təcridxanasıdır. Buradakı ilk həbsxana II Yekaterina dövründə tikilib.
Federal Penitensiar Xidmətin rəhbərliyi son bir neçə il ərzində həbsxananın bağlanmasının mümkünlüyü barədə danışırdı.
Загрузка...
Загрузка...

Xəbər lenti