Moskvada iki qrup arasında silahlı atışma Moskvada iki qrup arasında silahlı atışma

Moskvada iki qrup arasında silahlı atışma
 Rusiyanın paytaxtı Moskvada silahlı atışma baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin cənubunda, Kaşirsk şosesində yerləşən avtomobil dayanacağında qeydə alınıb.
İki qrupun iştirakı ilə baş verən silahlı insidentdə "Kalaşnikov" avtomatından və ev tüfəngindən istifadə edilib. Rusiya İstintaq Komitəsinin yaydığı məlumata görə, hadisə nəticəsində bir nəfər yaralanıb.
Hadisə iştirakçılarından 3 nəfər saxlanılıb, digərlərinin axtarışları davam etdirilir.

Xəbər lenti