Monako küçələrindəki “Lamborghini” hansı azərbaycanlınındır? Monako küçələrindəki “Lamborghini” hansı azərbaycanlınındır?

Monako küçələrindəki “Lamborghini” hansı azərbaycanlınındır?
Загрузка...
Bir neçə gündür sosial şəbəkələrdə London küçələrində şütüyən azərbaycanlıya məxsus bahalı "Lamborghini” markalı avtomobil müzakirə mövzusudur. "Yeni Sabah” xəbər verir ki, bununla bağlı ən müxtəlif versiyalar irəli sürülür, amma bu vaxta qədər həmin avtomobillə bağlı öz təsdiqini tapmış məlumat yoxdur.
Versiyaların birinə görə, həmin bahalı maşın Emin adlı şəxsə məxsusdur. Belə ki, onun hansı Emin olduğu, hansı məmurun və ya iş adamının yaxını olması haqda informasiya yoxdur. Sadəcə maşının nömrə nişanına "EM1N” yazıldığı üçün belə ehtimallar irəli sürülür. Bununla yanaşı "EM1N” sözünün nömrə yerinə fotoşopla yazılması haqda da fikirlər mövcuddur. 

Digər bir iddianı jurnalist Cavanşir Həsənli irəli sürüb. O, bildirib ki, maşın SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi, SOCAR-TRADİNGİN rəhbəri Adnan Əhmədzadəyə məxsusdur. O, sürücüsü ilə bərabər paylaşdığı fotoya işarə edərək yazıb ki, sükan arxasındakı məhz SOCAR rəsmisidir. O, Əhmədzadənin iki Lamborghini və 1 ədəd Rolls-Roysa sahib olduğunu, avtomobillərin ikisinin nömrə nişanlarının AAA (Ahmadzada Adnan Azər oğlu) seriyasında hərəkət etdiyini bildirib.
Daha bir iddia isə Londonda azərbaycanlı məmurun oğlunun Lamborghini ilə qəza törətməsi haqdadır. Həmin məmurun adı açıqlanmır, bunun da Əhmədzadə ilə əlaqəli olması haqda bir fikir yoxdur. Qeyd olunan qəzanın videosu da yayılıb. Amma həmin video ilə bağlı iddialar öz təsdiqini tapmayıb.
Məlum olub ki, qəza 2015-ci ildə baş verib və sürücü məşhur futbolçu Ronaldo olub. Hələlik bu mövzu ilə bağlı sosial mediada müzakirələr davam etməkdədir. İstənilən halda səslənən iddialarla bağlı adıçəkilən şəxslərin – xüsusilə də yüksək vəzifəli məmurdursa – bu haqda açıqlama verməsi azruediləndir.








Загрузка...
Загрузка...

Xəbər lenti