''Mollalara avtomobillər paylamaqla dinin dövlətdən ayrı olması prinsipi pozulur''

''Mollalara avtomobillər paylamaqla dinin dövlətdən ayrı olması prinsipi pozulur''
Загрузка...
"İnanclı insanlar dövlət mollasına inanmır”
"Mollalara avtomobil bağışlayan hökumət nəinki etik qaydaları tapdalayır, həm də dövlətin dindən ayrı olması prinsipini pozur”. Bunu ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli "Facebook” sosial şəbəkəsindəki profilində yazıb. N.Cəfərli Prezident İlham Əliyevin oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya "Khazar SD” markalı avtomobil hədiyyə etməsinə münasibət bildirib.
"Naxçıvanda qurulan mənasız maşın zavodu bu günədək buraxdığı arabaların 90 faizə yaxınını dövlət və hökumət qurumlarına satıb. Yəni bu biznes deyil, başaldatmadı. Maşınlar bu zavoda demək olar ki, hazır gəlirdi. Ancaq təkərlər, güzgülər bağlanır, təkərlərə Naxçıvan havası vurulurdu. Adını da yekə-yekə maşın istehsalı qoymuşdular. Zavod işləyə bilmirdi, maşınlar satılmırdı, hökumət, güya, kömək olsun deyə maşınları alıb mollalara payladı”. N.Cəfərlinin fikrincə, o zavod ölü doğulmuşdu, elə Neftçalada olan zavod da ölü doğulub. "Bir azdan həmin zavodun mexaniki sürət ötürücüsü ilə satılan İran maşınlarını da Axundlara, Şeyxlərə paylayarlar. Çünki o zavodda istehsal yoxdur. Maşınlar bura hazır gəlir, təkərləri bağlanır, bu dəfə təkərə Neftçala havası vurulur. Bunun da adına istehsal deyirlər”.
Natiq Cəfərli yazıb ki, əgər hər hansı bir avtomobil zavodunda detalların azı 30 faizi yerli istehsal deyilsə, o zavodu açmaq baş aldatmaq, pulu havaya sovurmaqdır: (edited) "Kimə deyirsən, nə anlayan var, nə başa düşən. Pul silmək həvəsi gözləri kor, qulaqları kar edib. Mollalara maşın bağışlamağın başqa təhlükəsi də var. Dövlət nə qədər din adamlarını yanında göstərmək istəyirsə, camaat rəsmi din nümayəndələrindən bir o qədər aralı düşür. Yəni, inanclı insanlar dövlət mollasına inanmır, əvəzində özünə dini liderləri kənarda, başqa dövlətlərdə axtarır. Bu isə artıq dövlətimiz (geniş və əsl anlamda) üçün ciddi təhlükədir”. 
Azadlıq Radiosu yazır ki, 2016-cı ilin yanvarında - prezident dövlət məmurlarına yerli avtomobil minməsini məsləhət görəndən sonra gözlər Naxçıvanın "Nazlifan”ına dikilib. "Nazlifan” istehsalı 2014-cu ildə artaraq 1800-ü keçib. Ancaq ötən il istehsal yarıdan da aşağı düşüb. Zavoddan bunun səbəbi açıqlanmır.Yalnız bunu deyirlər ki, yerli tələbat güclənsə, Naxçıvan Avtomobil Zavodu istehsal gücünü ildə 15 min avtomobilədək yüksəldə bilər. 

Загрузка...
Загрузка...

Xəbər lenti