“Molla çubuqla vururdu, oğluma yaxşı təsir edirdi” - “Cin əməliyyatı” “Molla çubuqla vururdu, oğluma yaxşı təsir edirdi” - “Cin əməliyyatı”

“Molla çubuqla vururdu, oğluma yaxşı təsir edirdi” - “Cin əməliyyatı”
Загрузка...
 Şabranda "cin çıxarmaq" adı ilə 25 yaşlı Murad Soltanovu döyərək öldürməkdə təqsirləndirilən dini təriqət üzvlərinin məhkəməsi davam etdirilir. "Qafqazinfo”nun verdiyi xəbərə görə, mərhum Murad Sultanovun atası Şahin Sultanov hadisənin necə baş verməsi barədə ifadə verərkən deyib ki, bir neçə il əvvəl boşanıb və nikahdan olan yeganə övladı nənəsi ilə qalıb:
"Nənəsi öləndən sonra anası da başqasına ərə gedəcəyini dedi, bu, Murada pis təsir etdi. Ondan sonra Murad mənlə yaşamağa başladı. Oğlumun əvvəllər heç bir problemi olmayıb, bir gün yuxudan oyananda qəfildən vəziyyəti pisləşdi. Başını divara vururdu, üstünə su töküb qışqırırdı, hamını vurub dişləyirdi. Bir dəfə mənim də barmağımı elə dişlədi ki, az qaldı qopub düşsün. Sonra həkim çağırdıq, onu dəlixanaya yerləşdirdilər. Murad orada sakitləşmişdi, sonra anası gəlib dedi ki, "uşağımı ver aparım, onda cin var”. Anası dindardı, xəvaric təriqətinə mənsubdur, namaz qılmayana "kafir" deyir. O, Muradı apardı, oğlum onun yanından qaçmışdı, küçədə maykada gəzəndə tapmışdıq. Əl-ayağını bağlayıb xəstəxanaya apardıq, iynə vurdular sakitləşmədi, yenə dəlixanaya apardıq. Sonra isə cini çıxarmaq üçün molla axtarmağa başladıq. Molla Qalibi tapıb xəstəxanaya apardıq, həkimlər onu içəri buraxmadı. 

 Biz də Muradı xəstəxanadan çıxartdıq, maşında molla dua oxuyub üfürdü, uşağın vəziyyəti pisləşdi. Sonra hər gün molla Qalib gəlib evdə dua oxuyurdu, zeytun ağacı ilə yüngülcə vururdu. Bir neçə günə Murad azca düzəldi, daha küçədə sərbəst gəzirdi. Amma bir müddət sonra onun anasının yeni əri Elnur başqa bir molla tapdığını dedi, sonra Füzuli Qəribov gəlib uşağa dualar oxumağa başladı. Onlar da Muradı çubuqla vururdular, arada mən də vururdum, oğluma yaxşı təsir edirdi. Bir gün Muradı çimizdirəndə gördüm bədənində qançır izləri var, nə olduğunu soruşdum, oğlum heç nə demədi. Füzulini görəndə dedim ki, Muradı müalicə edən o biri uşaqlar birdən möhkəm döyərlər. Həmin gün də oğlumu seansdan götürəndə vəziyyətə pis idi. Onlar mənə dedilər ki, qətiyyən, həkimə zəng etmə, apar evdə qalsın, düzələcək. Evdə qalanda Muradın halı daha da pisləşdi, paltarını çıxaranda gördüm ki, göbəyindən sinəsinə qədər qapqaradır. Oğlumun sinəsini masaj edib süni nəfəs verdim, bir dəfə ayıldı, sonra nəfəsi getdi. Bunları da əvvəldən zəng edib çağırmışdım, Murad öldü, ondan cin çıxaran mollalar da durub baxırdı. Bunlar hamısı günahkardır, adamın insafı olar, uşağı saat yarım dayanmadan döyüblər. Murad onlara "döyməyin” deyə yalvarıb, amma biri insafa gəlməyib".
Təqsirləndirilən şəxslərin Şahin Sultanovdan onlara halallıq verməsini istəmələrinə mərhumun atası belə cavab verib: "Siz təkcə oğlumu yox, məni də öldürdünüz. Mənim ondan başqa heç kimim yox idi. Sizin birinizdə insanlıq olmayıb ki, ağrıdan qışqıran, yalvaran, əzab çəkən Murada yazığınız gəlməyib. Halallıq istəyirsinizsə, verirəm".
Hadisə 2018-ci il noyabrın 10-da Şabran şəhərində baş verib. M.Soltanovu döyərək öldürməkdə təqsirləndirilən dini təriqət üzvləri - Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov həbs ediliblər.
Загрузка...
Загрузка...

Xəbər lenti