Modelyer Leyla Əhmədovanı "qanuni oğrular"a kim sifariş etdi? - Prezidentin sabiq köməkçisinin qardaşı oğlunun CİNAYƏT İŞİ

Modelyer Leyla Əhmədovanı
Загрузка...
Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı olan oğurluq, qanunsuz həbsdə saxlama faktı ilə bağlı məhkəmə prosesi davam edib. Artıq 5 ildən artıqdır ki, Leyla Əhmədova modelyer fəaliyyəti ilə məşğul ola bilmir. Səbəb isə odur ki, 1 qadın halal puluna görə 5 ildir 10 kişi ilə, əsasəndə prezidentin keçmiş köməkçisi olmuş Tariyel Ağayevin qardaşı oğlu, təqsirləndirilən Nizami Ağayevlə mübarizə aparır.
Criminal.azın məlumatına görə, proses başlayan kimi isə dövlət ittihamçısı çıxış edib. Prokuror Sabir Abdinov təqsirləndirilən, "Riyad" mühafizə şirkətinin rəhbəri Ceyhun Eyvazovun 7 il 6 ay, digər ev dustağlığında olan Nizami Ağayev və Azər Lütfəliyevin 7 il azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin dövlət ittihamçısı Nizami Ağayevin, Azər Lütfəliyevin və Ceyhun Eyvazovun ittiham olunduğu 186.2 və 322.2-ci maddələrinin cəlb etmə müddəti keçdiyi üçün həmin maddələrlə təqsirləndirilən şəxslərə cəza istəməyib.
Xatırladaq ki, istintaq 2 ildən artıq uzandığından həmin maddələr üzrə cəlb etmə müddəti keçmiş hesab edilib. Həmçinin ittiham aktında Leyla Əhmədovaya dəymiş 190 min manatlıq ziyanın ödənildiyini də göstərib, ancaq buna aid hər hansı bir sübut ortalığa qoyulmayıb.
L.Əhmədova Criminal.az saytına bildirdi ki, dövlət ittihamçısı Sabir Abdinovla təqsirləndirilən şəxslərin vəkilləri - Ceyhun Yusifovla Bəylər Məmişov arasında sırf dostluq münasibətləri var. Onun sözlərinə görə, bunu vəkil Ceyhun Yusifov əyani olaraq ötən məhkəmə prosesində Sabir Abdinovla zarafatlaşaraq sübut etmişdi: "Bu dəfə isə vəkillər ilə dövlət ittihamçısı Sabir Abdinovun isti münasibətlərinin olduğu Neolit şadlıq evində Sabir müəllimin övladına keçirdiyi toy məclisində aşkara çıxıb. Vəkillərin Sabir Abdinov ilə qol qaldırıb oynayan fotolarì çəkilib. Belə münasibətlər olan yerdə isə Sabir Abdinovun mənim cinayət işində obyektiv olacağı heç inandırıcı görsənmirdi. Gözləntilər özünü doğrultdu və Sabir Abdinov dövlət ittihamçısı kimi deyil, sanki bir vəkil kimi təqsirləndirilən şəxsləri müdafiə etdi. Prokurorun bu cıxışına həm zərərçəkən tərəfdən, həm də onun vəkili tərəfindən də etiraz olundu. Vəkilim çıxış edərək bildirdi ki, Leyla Əhmədovaya heç bir ziyan ödənilməyib, təqsirləndirilən tərəfdən barışığla bağlı hər hansı bir addım atilmayıb. Məhkəmə prosesləri zamanı təqsirləndirilən tərəfə üstünlük verilib, şahidlərə məhkəmə prosesləri zamanı təzyiqlər göstərilib. Biz zərərçəkən tərəf olaraq dövlət ittihamçısının ittihama münasibətinə etiraz edirik və verilən maddələrin dispozisiyasına uyğun olaraq hər 3 şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyirik. Vəkilim çıxış edən zaman təqsirləndirilən şəxsin vəkilləri, əsasəndə Ceyhun Yusifov və Bəylər Məmişov ona normal çıxış etməyə imkan vermədilər, lazımsız replikaları ilə məhkəmə prosesini pozmağa çalışdìlar. Maraqlı vəziyyət burasındadır ki, məhkəməyə sədrlik edən hakim Mirzə Xankişiyev də prosesi pozanlara heç bir irad bildirmədi".
Leyla Əhmədovanın məhkəmədəki çıxışı: "5 ildir Nizami Ağayev ilə Azər Lütfəliyevdən xərclədiyi pulları ala bilmirəm, hüquq-mühafizə orqanlarının qapılarında qailmışam. Artıq 5 ildir mən, tək başına bu qoçu dəstəsi ilə döyüşürəm. Bunlar məndən aldıqları, kirayə haqqına görə ödədiyim 400 min manat pul ilə 5 vəkil tutaraq mənə təzyiq göstərməyə çalışırlar. Bu az deyilmiş ki, Nizami Ağayev keçmiş həyat yoldaşımın üstünə kriminal aləmin nüfuzlu şəxslərini göndərib ki, Leyla şikayətindən əl çəksin, yoxsa axırı yaxşı olmayacaq. Mən övladlarım, ailəmin həyatının təhlükə altında olmasından və faktiki olaraq keçmiş həyat yoldaşımın 2 həftədən artıqdır yoxa çıxmasından narahatam. Bunlar mənim ölümümü istəyirlər. Bununla bağlı mən DİN-nə rəsmi müraciətdə eləmişəm, artıq araşdırmalara başlanılıb. Mən, prezident İlham Əliyevin rəhbəri olduğu dövlətimizin qanunlarının aliliyinə inanıram. Prokurorun təqsirləndirilən səxslərlə bağlı çıxışına isə qəti etiraz edirəm, onlar mənə cinayət işində göstərilən 190 min manat ziyandan 1 manatda odəməyiblər. Prokurorda faktiki çıxışında təqsirləndirilən şəxsləri müdafiə edir, ziyanın ödənildiyini göstərir, ancaq sübut kimi ortaya hər hansı fakt qoya bilmir. Mən artıq 5 ildir qadın olaraq tək başıma 10 kişi ilə mübarizə aparıram. Bu illər ərzində bir modelyer kimi Azərbaycanımı dünyada xeyli tanitdira bilərdim, daha böyük işlərə, uğurlara imza ata bilərdim, ancaq əfsuslar olsun ki, mən qalmışam məhkəmə, prokurorluq qapilarinda. Xahiş edirəm məhkəmə obyektiv qərar çıxartsın". Məhkəmə prosesi davam edir. 
Vəkil Ceyhun Yusifov dövlət ittihamçısı ilə toy məclisində rəqs etməsini rədd etdi. Bildirdi ki, belə fikirlər səsləndirmək təqsirlənmdirilən şəxsə atılan şər-böhtanın növbəti davamıdır.  
Xatırladaq ki, tərəflərdən biri olduqda tanınmış sima, modelyer Leyla Əhmədova olsada, qarşı tərəfdən təqsirləndirilən şəxslərdən biri Nizami Ağayev prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qardaşı oğludur. T. Ağayevin adı bir neçə il əvvəl Almaniya vətəndaşı, Qərb Universitetinin 2-ci kurs tələbəsi Vüsal Şilderin qətlinin sifarişində hallanıb. Vüsal Şilder 2013-cü il mayın 2-də Bakıda bıçaqlanaraq qətlə yetirilib. V.Şilderin atası Adolf Şilder bir vaxtlar "Mercedes Benz”in Azərbaycan nümayəndəliyinin rəhbəri olub.
Mərhum Vüsalın anası, hazırda Almaniyada yaşayan Mətanət Şilderin ölkə prezidenti İlham Əliyevə müraciətində də oğlunun qətliə yetirilməsinin sifarişçisi kimi məhz T.Ağayevin adını hallandırmışdı. Həmin müraciətdən sitat: "Mənim ehtimallarıma görə nəinki nazirlərin, hətta Taryel Ağayevin də sizdən məharətlə gizlətdiyi qoçu dəstəsi var. Onun əli o qədər uzundur ki, hətta bizim telefon danışıqlarımızı da dinlətdirərək özü üçün müdafiə səddi təşkil edirdi. Təsəvvür edin ki, rəhmətlik oğlum Vüsalla Tariyel Ağayevin qızı Lalənin çoxsaylı qarşılıqlı mesajları və bir - birinə göndərdikləri fotoların hamısı bizim xəbərimiz olmadan oğlumun qətlindən sonra ona məxsus mobil telefonların yaddaşından silindi. Buradan da belə qənaətə gəlmək çətin deyil ki, Taryel Ağayev istədiyi anda "Azercell”ə təsir edərək ona lazım olan informasiyanı əldə edə və ya lazım olmayan materialları sildirə bilib. Mən qətiyyən şübhə etmirəm ki, oğlumun qətlinin istintaqını həyata keçirən müstəntiq Pərviz də onlarla əlbir olub və ya ən azı onların sifarişini can – başla yerinə yetirib. Təkcə Pərviz deyil, istintaq dövründə və məhkəmə proseslərində də çoxları təklif olunan pulların qarşısında susmağa üstünlük verdi".
Xatırladaq ki, Leyla Əhmədova 2014-cu ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti "Leyla Əhmədova" moda evi etmək məqsədi ilə Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan aylıq 24 min manata icarəyə götürüb. Daha sonra həmin şəxslər arasında mübahisə düşüb və obyekt sahibləri Leyla Əhmədovanı oradan çıxarmağa çalışıb. Təqsirləndirilən Azər Lütfəliyev Modelyerin sözlərinə görə, obyektə basqın zamanı ona 190 min manatlıq ziyan vurulub. Hüquq- mühafizə orqanları əməkdaşları tərəfindən aparılan istintaq hərəkətlərindən sonra 3 nəfər- Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyev saxlanılıb. Təqsirləndirilən şəxslərdən yalnız Ceyhun Eyvazov saxlanılıb, qalan iki nəfər isə ev dustağlığına buraxılıb. Onlara qarşı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 186.2, 322.2 və 177.3.2-ci maddələri ilə cinayət işi başlanıb və işin istintaqını DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin İstintaq idarəsi aparıb. Adı çəkilən şəxslər Leyla Əhmədovaya qarşı oğurluq etməklə yanaşı 2016-ci ilin sentyabr ayının 24-dən 28-nə kimi onu qanunsuz olaraq azadlıqdan məhrum da ediblər.
Belə ki, işıqları, qazı, suyu söndürərək Leyla Əhmədovanı modalar evində qanunsuz saxlayıblar, onu ətraf mühitdən təcrid edərək işgəncələrə məruz qoyublar. Binanın giriş qapısını isə jalüz ilə qaynaqlayıblar. Məqsədləri isə Leyla Əhmədovanı onlara qarşı qaldırdığı 1 milyonluq mülki iddiadan imtina etdirmək olub. Sırf həmin binanın təmirinə 860 min manat pul qoyulub və 238 min manat icarə haqqı da Nizami Ağayevin özünə verilib. Lakin N. Ağayev və A. Lütfəliyev məhkəmədə Leyla Əhmədovadan pul almaqlarını, hətta onu tanımaqlarını inkar ediblər.
Загрузка...
Загрузка...

Xəbər lenti