Mirzə Xəzər vəfat etdi

Mirzə Xəzər vəfat etdi
Tanınmış jurnalist yanvarın 31-də Mirzə Xəzər (Mikayılov) vəfat edib. Criminal.az xəbər verir ki, o, 1990-cı ilin yanvarında Bakı qırğınını Azadlıq Radiosunun dalgalarından dünyaya catdıran şəxs olub. M.Xəzər 1990-cı il yanvar faciəsi (20 yanvar 1990) baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist kimi tanınıb.
Almaniyanın Münxen şəhərində yaşayırdı.

Xəbər lenti